Xəbər lenti

resadsadiqovv.jpg
Milli komandamız Antalyada təlim-məşq toplanışı keçəcək. Bu müddətdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun əsas köməkçisi Elçin Rəhmanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov da yığmanın düşərgəsində olacaq. Belə olan halda hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"a kim rəhbərlik edəcək?

 Sozcu.az-ın Fanat.az-a istinadən yaydığı xəbərə görə, Ağdam klubuna kimin başçılıq edəcəyi müəyyənləşib. "Qarabağ"ı Qurban Qurbanovun olmadığı müddətdə məşqlərə Rəşad Sadıqov çıxaracaq.

Qeyd edək ki, "Qarabağ"ın və millinin kapitanı olan Rəşad Sadıqov son mövsümdə Ağdam klubunun U-19 komandasına başçılıq edib. Hazırda isə o, Azərbaycanın U-20 və U-21 yığmalarına başçılıq edir.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.