Xəbər lenti

avro2024.jpg
Futbol üzrə 2024-cü il Avropa çempionatı üçün ev sahibliyinə namizədliyini verən Türkiyə loqo və şüarını açıqlayıb.

Tədbir Türkiyə Futbol Federasiyasının (TFF) milli komandaların təlim-məşq bazasında baş tutub.

 Tədbirdə Türkiyənin gənclik və idman naziri Osman Aşkin Bak, TFF-in prezidenti Yıldırım Dəmirörən, milli komandanın baş məşqçisi Mirça Luçesku, həmçinin federasiya rəsmiləri və qonaqlar iştirak ediblər.

 Final mərhələsinə namizədliyin təcəssüm olunduğu loqoda top, həmçinin 2024 və Türkiyə sözləri əksini tapıb. Namizədlik şüarı isə “Birlikdə paylaşaq” kimi tərcümə olunur.

 Türkiyə AVRO-2024-ə ev sahibliyi hüququna yiyələnsə, çempionatın qarşılaşmaları 9 şəhərin 10 stadionunda keçiriləcək. Bunlar İstanbulun 2 arenası, eləcə də, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Konya, Trabzon, Kocaeli və Ankaradakı stadionlardı.

 Qeyd edək ki, AVRO-2024-ü qəbul etməyə Türkiyə və Almaniya namizəddi. Final mərhələsinin keçiriləcəyi yer bu ilin sentyabrın 24-də müəyyənləşəcək./apasport.az/
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.