Xəbər lenti

dibyaco.jpg
Futbol üzrə İtaliya yığmasının baş məşqçi postu Luici Di Byacoya tapşırılıb.

 Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (İFF) prezidenti postuna namizəd olan Damiano Tommazi yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, “skuadra adzurra”nı qarşıdakı Argentina və İngiltərə ilə yoxlama oyunlarına məhz Di Byaco çıxaracaq.

Lakin İtaliyanın gənclərdən ibarət millisinin çalışdırıcısı əsas yığmaya müvəqqəti rəhbərlik edəcək. İFF hazırda yeni baş məşqçi axtarışındadı.

Xatırladaq ki, İtaliya yığması Campyero Venturanın istefasından bəri baş məşqçisiz qalıb. O, komandanı DÇ-2018-ə çıxara bilmədiyinə görə istefaya göndərilib.

İtaliya yığması martın 23-də İsveçrədə Argentina ilə, həmin ayın 27-də isə Londonda İngiltərə ilə sınaq matçına çıxmağı planlaşdırır.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.