Xəbər lenti

ndlovu.jpg
“Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb.

 Sozcu.az xəbər verir ki, Cənubi Afrika Respublikasının milli komandasının üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb. Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya yollanmayıb. O, CAR-ın paytaxtı Yoxannesburqdan Çinə uçacaq. Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.

Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında transfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 54 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. (Yenicag)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.