Xəbər lenti

prosinecki.jpg
Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri Bosniya və Hersoqovina millisindəki maaşı müəyyənləşib.

 Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis aya 15 min avro qazanacaq. Bu isə ildə 180 min avro deməkdir. Sözügedən rəqəm onun Azərbaycanda aldığı maaşdan təxminən 5.5 dəfə azdır.

İndex.hr saytı yazıb ki, AFFA yeni müqavilə imzalamasından ötrü 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, təklifdən imtina edib. Bundan başqa, mütəxəssisin Sloveniya millisin illik 350 min avroluq təklifini də müsbət cavablandırmadığı vurğulanıb.

Xəbərdə o da qeyd olunub ki, Prosineçki millinin "Avro-2020"nin final mərhələsinə yüksəldəcəyi təqdirdə, 300 min avro mükafat alacaq.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.