Xəbər lenti

almeyda.jpg
Daha bir futbolçu "Qarabağ"la yollarını ayıra bilər.

 Sportlife.az-a daxil olan özəl məlumata görə, Ağdam klubunun əsas üzvlərindən biri sayılan Riçard Almeyda yayda klubu tərk etmək istəyir. Millimizin yarımmüdafiəçisi daha səviyyəli çempionatda - İtaliya A seriyasında mübarizə aparan klublardan birindən gələn təklifi dəyərləndirmək niyyətindədi.

"Qarabağ" rəhbərliyi braziliyalını komandada saxlamaq istəsə də, Almeyda özü də İtaliyada oynamağa can atır.

Əslində bu keçid yayda baş tutmalı idi, lakin "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması tərəflər arasındakı danışıqları dondurmuşdu.

Mənbənin bizə verdiyi məlumata görə, qarşı tərəf Almeyda üçün "Qarabağ"a yaxşı məbləğ təklif edib. Məhz elə bu amil də Azərbaycan çempionunun məsələyə isti yanaşmasına səbəb olub.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.