Xəbər lenti

latsio.jpg
“Latsio” rəhbərliyi “A” seriyasındakı hakimlikdən narazıdır və hazırda komanda çempionatdan yarımçıq çıxmaq barədə düşünür.

  İtaliya mətbuatının yaydığı xəbərə görə, dünən gecə “Torino” ilə oyundan (1:3) sonra klub rəhbəriyi “A” seriyasını tərk etmək barədə məsələni müzakirə edib.

Klub prezidenti Klaudio Lotiti düşünür ki, “Latsio” siyasi kampaniyanın qurbanı olub. Bəziləri paytaxt klubunun mövsümün sonunda ilk dördlükdə qərarlaşmasını istəmir.

“Torino” ilə görüşdə rəqib futbolçu əllə oynasa da, hakim “Latsio”nun xeyrinə penalti təyin etməyib.
Üstəlik, komandanın aparıcı üzvü Çiro İmmobile Nikolas Burdisso ilə aralarında yaşanan insidentə görə videotəkrara baxıldıqdan sonra meydandan qovulub.

“Latsio”nun baş məşqçisi Simone İnzagi isə bildirib ki, hakimlər ardıcıl 4 turdur ki, onun komandasına qarşı qərəzli qərarlar qəbul edirlər.

Qeyd edək ki, qalmaqallı “Latsio” - “Torino” görüşünü Pyero Cakomelli idarə edib./qol.az/
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.