Xəbər lenti

qarabagroma.jpg
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.

 Sozcu.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən Ağdam təmsilçisi “Qarabağ” İtaliyada “Roma”sı ilə səfərdə sonuncu oyununa çıxıb.

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyük idi. “Canavarlar” 1/8 finala çıxmaq üçün qələbə qazanmalı idilər. Matçın taleyini bir qol həll edib. İlk hissədə tərəflər bir neçə dəfə cəhd etsələr də, qol vura bilməyiblər. İkinci yarıda isə meydan sahibləri fərqləniblər. Cekonun zərbəsindən sonra Şehiçdən geri dönən topu Perotti tora qovuşdurub.

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

5 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 1:0
Qol: Perotti, 53
Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu

"Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:1
Qollar: Niquez, 56 (0:1). Saviç, 75 (1:1)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.