Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_fifa.jpg
FİFA-nın dünya futboluna gətirməyi planlaşdırdığı yeni qaydalar sınaqdan keçirilib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 3 qayda Hollandiyada yoxlanılıb.

Belə ki, adıçəkilən ölkənin iki həvəskar komandası arasında təşkil edilən xüsusi yoxlama görüşü yeni qaydalara əsasən oynanılıb. Qarşılaşmanı izləyənlər arasında FİFA-da texnologiyanın inkişafına məsul şəxs olan Marko van Basten də olub.

Qarşılaşmada 3 qayda sınaqdan keçirilib. Bunlardan birində cərimə zərbəsi zamanı futbolçu topla driblinq etmək (özünə ötürmə verərək) imkanına sahibdi. Həmçinin cərimə zərbəsi və künc zərbəsi zamanı hakimin fitini gözləməyə ehtiyac yoxdu.

Aut atışlarının futzalda olduğu kimi, ayaqla yerinə yetirilməsi ikinci yenilik olaraq yoxlanılıb. Üçüncü qayda isə penalti ilə bağlıdı. Belə ki, yalnız real qol şansının qarşısı alındığı təqdirdə penalti təyin olunur.

Bu dəyişiklikləri etməkdə məqsəd oyunu daha da sürətləndirmək və ədalətli vəziyyətə gətirməkdi. Sınaq matçı ilə bağlı ilk reaksiya Hollandiya Futbol Federasiyasından gəlib. Federasiyanın direktoru Qiys de Yonq bu qaydaların yaxın gələcəkdə bütün dünyada tətbiq ediləcəyini bildirib.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.