Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_sahmatt.jpg
Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının 8-ci turun qarşılaşmaları keçirilib.

 Sozcu.az qol.az-a istinadən xəbər verir ki, qitə birinciliyinin səkkizinci turunda kişilərdən ibarət yığmamız Rusiya, xanım şahmatçılarımız isə Fransa millisi ilə qarşılaşıblar.

Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun qələbəsi millimizə güclü rəqib üzərində mühüm qələbə qazandırıb.

Rusiya - Azərbaycan - 1:3

1. Aleksandr Qrişuk (2785) - Şəhriyar Məmmədyarov (2791) - 0:1
2. Yan Nepomnyatç (2733) -Teymur Rəcəbov (2741) - 0:1
3. Maksim Matlakov (2730) - Arkadi Naydiç (2702) - 1:0
4. Daniil Dubov (2677) - Rauf Məmmədov (2678) - 0:1

Bu qələbə sayəsində Azərbaycan yığması liderliyi ruslardan təhvil alıb. Sona 1 tur qalmış Azərbaycan yığması 13 xalla liderdir. İkinci olan Rusiya və üçüncü Ukraynanın 12 xalı var.
Qadınlar yığmamız da Fransadan güclü olub.

Fransa - Azərbaycan - 1:3

1. Marie Sebaq (2495) - Günay Məmmədzadə (2393) - 0.5:0.5
2. Almira Skripçenko (2399) - Zeynəb Məmmədyarova (2298) - 0:1
3. Silvia Kollas (2288) - Fətəliyeva Ülviyyə (2348) - 0:1
4. Paulino Quşar (2285) - Gülnar Məmmədova (2385) - 0.5:0.5

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.