Xəbər lenti

qurbanqurbanov.jpg
Millimizin yeni baş məşqçisi müəyyənləşib.

 Sozcu.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında verilib.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.

Əlavə edək ki, Q.Qurbanov millimizlə yanaşı, "Qarabağ"ı da çalışdıracaq.


"Qurban Qurbanovu təbrik edirəm. İnanıram ki, AFFA-nın verdiyi bu qərar futbolumuzun, milli komandamızın xeyrinə olacaq. Əgər Qurban Qurbanov bu qərara bir sevinirsə, biz iki qat sevinirik".

Bu sözləri Qol.az-a "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Qurban Qurbanovun millimizə baş məşqçi vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Q. Qurbanov "Qarabağ"da qalmaqla, millidə vəzifəsini icra edəcək: "Onun iki yerdə işləməsinin komandamıza ziyanı olacağını düşünmürəm. Qurban Qurbanov yerli futbolçuları yaxşı tanıyır. Həm də unutmayaq ki, millinin əsasını "Qarabağ"ın oyunçuları təşkil edir".
Sozcu.az

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.