Xəbər lenti

qarabagfk.jpg
Sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Roma” görüşünü izləyəcək biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Sozcu az xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.Oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq. Bu səbəbdən də biletli tamaşaçılara Bakı Olimpiya Stadionuna rahat və vaxtında gəlmək üçün metrodan və ya Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress xətt avtobuslarından istifadə etmək tövsiyə edilir.

Əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq.

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.