Xəbər lenti

qarabagfk.jpg
Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın “Roma” klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib.

Sozcu.az xəbər verir ki, müraciət bilet satışı ilə əlaqədardı.

“Əziz azarkeşlər! Bu gündən etibarən, “Qarabağ” – “Roma” matçına vauçerinizi biletə dəyişə bilərsiniz. iTicketAZ – ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər.

Çatdırılma xidmətini sifariş etməyən azarkeşlərimiz, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilər:

“Gənclik mall” və "28 mall" - da yerləşən satış məntəqələri;
Park Bulvar (Qarabağ FK Fanshop);
M.Rəsulzadə 3 (Azərb.kt yaxınlığı) Bül-bül prospekti;
Nizami küç.(Nizami kt yaxınlığı);
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).
Asan Xidmət mərkəzləri;
Heydər Əliyev Sarayının kassası;

Vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür. Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.