Xəbər lenti

qurbanqurbanov.jpgİbrahim Şehiç bizim əsas komandadadır, əvəzediciyə göndərilməyib. Biz hər hansı bir fikir olduqda belə, heç kimə bildirmirik. Hazırda o, bizim əsas komandamızdadır. Bu gün də burda idi.

Bu sözləri “Qarabağ”-“Kəpəz” (2-0) oyunundan sonra mətbuat konfransında Axar.az-ın sualını cavablandıran “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

“Kəpəz” haqında danışan Qurbanov bildirib ki, qalib gəlmək istəyirdilər: “Bilirdik ki, “Kəpəz” komandası oyuna müdafiə ilə başlayacaq, buna baxmayaraq, 2-0 hesabı ilə qalib gəlməyi bacardıq. Oyunçularımı təbrik edirəm, Şahin müəllimə və onun komandasına uğurlar arzu edirəm”.

Q.Qurbanov 3 yeni transfer haqqında da fikirlərini bildirib:

“Bu gün komandanın heyətində ilk ev oyununa çıxan 3 oyunçudan (Pedro Henrique, Tarik Elyounnusi, Ramil Şeydayev) razı qala bilmərəm, çünkü onlar hələ öz formlarından çox uzaqdırlar. Bu barədə danışmaq üçün hələ bizə bir neçə oyun lazımdır”.

Zədədən sonra ilk oyununa çıxan və qol vuran Dani Kintana haqqında Qurban Qurbanov deyib ki, bu qola şaddır: “Hər bir qol oyunçuların formaya düşməsinə, komandaya uyğunlaşmasına böyük təkan olur. Dani demək olar ki, fevral ayından bu yana oynamır və bu, çox uzun bir müddətdir. Fikrimcə, Daninin formaya düşmək üçün 30 dəqiqə yox, 4-5 oyun və 90 dəqiqə oynaması lazımdır”.

Ansi Aqollinin zədəsindən də danışan Qurban Qurbanov onun “Sumqayıt” ilə deyil, “Roma” ilə oyuna qədər sağala biləcəyini qeyd edib:

“Bəlkə “Roma” ilə oyuna hazır ola bilər. Bu gün bu barədə danışmaq tezdir. Hətta o zədəsini sağaltsa da, ola bilər, “Roma” ilə oyuna performans olaraq hazır olmasın”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.