Xəbər lenti

ronaldobest.jpg
FİFA 2016-cı ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

 Sozcu.az-ın məlumatına görə, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən ilin ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Antuan Qrizmannı (Fransa, "Atletiko") qabaqlayıb.

Dünyanın ali futbol qurumun keçirdiyi sorğuda "The Best"in qalibi Kriştiano Ronaldo (Portuqaliya, "Real") səslərin 34.54 faizini toplayıb. Lionel Messi (Argentina, "Barselona") ikinci (26.42 faiz), Antuan Qrizmann (Fransa, "Atletiko") üçüncü (7.53 faiz) olub.

Soğruda millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər iştirak edib.

Millimizin baş məşqçisi Robert Prosineçki səslərini müvafiq ardıcıllıqla Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Antuan Qrizmanna (Fransa, "Atletiko") verib.

Milimizin kapitanı Rəşad Sadıqov "The Best"ə Kriştianu Ronaldonu layiq görüb. O, ikinci yerdə Lionel Messi üçüncü yerdə isə Antuan Qrizmannı göstərib.

R.Prosineçki ən yaxşı baş məşqçi seçimindəFernandu Santuşu (Portuqaliya) birinci, Luis Enrikeni ("Barselona) ikinci , Pep Qvardiolanı ("Bavariya"/"Mançester Siti") üçüncü yerə layiq görüb.

R.Sadıqov da R.Prosineçki kimi ən çox səsi Fernandu Santuşa verib. Millimizin kapitanı Zinəddin Zidanı ikinci , Yürgen Klopp ("Borussiya"/"Liverpul") üçüncü yerdə göstərib.

Qeyd edək ki, Ronaldo ötən il Portuqaliya millisi ilə "Avro-2016"nı, "Real"la isə Çempionlar Liqası, Avropa superkuboku və klublarası dünya çempionatın kubokunu qazanıb.

Xatırladaq ki, K.Ronaldo "France Football" dərgisinin sorğusunda da 1-ci olaraq "Qızıl top " mükafatına sahib çıxıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.