Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_aager.jpg“Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək.

 

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, argentinalı oyunçu ilin ən yaxşı futbolçusu adına üç namizəddən biridir. Messi ilə yanaşı digər “Barselona”lılar – mərasimə dəvət alan Jerar Pike, Andres İnyesta və Luis Suares də tədbirə qatılmayacaq.

Klubdan bildirilib ki, onların mərasimə getməməsinin səbəbi yanvarın 11-də ölkə kubokunda "Atletik"ə qarşı keçiriləcək oyuna hazırlıqla əlaqədardır.

Əlavə edək ki, 2016-cı ildən başlayaraq “France football” nəşri ilin futboluçuna “Qızıl top”, FİFA isə öz mükafatını verir.

“France football”un sorğusunda Kriştiano Ronaldo birinci olub.  FİFA-nın versiyasına görə isə qalib adına üç namizəd var: Ronaldo, Messi və Antuan Qrizmann.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.