Xəbər lenti

ardaaaa.jpg
İspaniyanın “Barselona” klubunun türkiyəli ulduzu Arda Turan Asiya çempionatında top qova bilər.

Sozcu.Az xəbər verir ki, Çinin “Quanqzou Everqrande” klubu Ardanı heyətinə qatmaq istədiyini açıqlayıb.

Klub 3 illik müqavilə qarşılığında futbolçuya 50 milyon avro verməyə hazırdır. “Barselona”nın da Arda üçün azı 50 milyon avro istəyəcəyi təxmin edilir.

İspaniyada illik 5 milyon avro qazanan futbolçunun Uzaq Şərq ölkəsinə gedəcəyi istisna edilmir.

Qeyd edək ki, Arda Turan cari mövsümdə meydana çıxdığı 19 rəsmi matçda 11 qol vurub. Türk ulduz Çempionlar Liqasının “Borussiya” (Münhenqladbax), Kral Kubokunun “Herkules”lə oyunlarında het-trik edib.

“Barselona” onu “Atletiko”dan 37 milyon avroya alıb. “Transfermarkt” hazırda futbolçuya 28 milyon avro qiymət qoyub.

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_naxcivanli5.jpg
Ehtibar Qəribov 20.01.1990-cı il Naxçıvan MR Culfa Rayon Milax kəndində zəhmətkeş ailədə anadan olub. Əlincə çayı boyunca kəndlər öz qonaqpərvərliyi və zəhmətkeşlikləri ilə seçilirlər. Milax kəndi də bu kəndlərdən biridir. Ehtibar Qəribov 1997-ci ildə Milax kənd orta məktəbinin birinci sinifinə gedib. 2008-ci ildə həmin məktəbi bitirib. Ehtibar gənc yaşlarından idmana marağı çox olduğundan öz yaşıdlarından fərqlənibdir. Məktəbdə oxuduğu müddətdə idman yarışlarına qatılaraq dərəcələr almışdır. Turnikdə çəkinmə və uzaq məsafəyə qaçışda Ehtibar birinciliyi qazanmışdır. Ehtibar orta məktəbdə oxuduğu zamanda və bitirdikdən sonra ailəsinin kənddə olan təsərüfatında atasına daim kömək etmişdir. Orta məkdəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Ehtibarın idmanla məşğul olması ve çevikliyi komandirlərininin diqqətini çəkmiş. Onu kəşfiyyatçı bölümünə keçirmişlər. Kəşfiyyatçı bölümdə əsgər yoldaşlarının əksəriyyətinin idmançı olması Ehtibarın idmana marağını daha da artırıb. 

Ardını oxu...

sametye.il.jpg
Almaniyanın "Bayer"(Leverkuzen) klubunun yetirməsi olan,bu ölkənin müxtəlif kateqoriyalı milli komandalarında oynamış Samet Yeşil "İstanbulun "Qalatasaray"kulubunda baxışdan keçmək üçün bu klubun bazasına gəlib.

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.