Xəbər lenti

QETLS.jpgBakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

Report xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, “Volksvagen” markalı 90 UU 793 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.

Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.