Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_partlayisbak.jpg
Yanvarın 27-də səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsi 18-də baş vermiş baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib.

Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə açıqılamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib.

Baş həkim Trend-ə bildirib ki, hadisə nəticəsində mərkəzə daxil olan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 faizi yamış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Z.Mahmudov aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınmışdır. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.