Xəbər lenti

lotuquli.jpg
Nadir Səlifov hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Rusiyanın İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verildiyi bildirilir.

Rusiyanın “Rosbalt” agentliyi yazır ki, Nadir Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.

O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. İttihama görə, o, Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün əmr verib.

İstintaq materiallarına Cinayət Məcəlləsinin 210-u (“cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər. İstintaq qiyabi həbs qərarı çıxarması üçün Rusiya paytaxtının Presnenskiy məhkəməsinə müraciət edib.

Agentlik yazır ki, hazırda Türkiyədə yaşayan N.Səlifov özünü oğru dünyasının 1 nömrəli adamı kimi aparır.

Nadir Səlifov bu il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib və azadlığa buraxılıb.

1972-ci ildə Gürcüstanın Dmanisi rayonunda doğulan N.Səlifov ötən əsrin 90-cı illərində həbs olunub. Ona kriminal aləmdə verilən "Quli" ləqəbi gürcü dilində "ürək" deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.

Azərbaycanda qətl hadisəsində təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli" barəsində 2005-ci ildə daha bir qalmaqallı cinayət işi açılıb.

Bölmənin digər xəbərləri

20 Yanvar 2018 Moskvada ticarət mərkəzində baş verən yanğında həmyerlilərimizə ziyan dəyib
19 Yanvar 2018 Lənkəranskinin qardaşı: Rövşənlə bir şəklim də yoxdur
17 Yanvar 2018 Azərbacanda korrupsiyada ittiham olunan 34 nəfər İnterpol xətti ilə axtarışdadır
16 Yanvar 2018 Əli İnsanovla bağlı qərar verildi
16 Yanvar 2018 Sovetskidə qətl törədənə 19 il cəza – Hökm
15 Yanvar 2018 Ağdaşda Yol Polisi ilə dalaşan sürücü özünü yandırıb
15 Yanvar 2018 SOCAR-ın işçisi maşınında öldü
15 Yanvar 2018 “Baron Dədəş” saxlanılıb
12 Yanvar 2018 Lənkəranda mikroavtobus aşıb –10 sərnişin xəsarət alılb, qadın sürücü qaçıb
11 Yanvar 2018 Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava düşüb
11 Yanvar 2018 Azərbaycan-İran sərhədində zəlzələ baş verib
09 Yanvar 2018 Həkimdən şantajla pul almaqda təqsirləndirilən şəxsə hökm oxunub
07 Yanvar 2018 Şəmkirdə “Lotu Quli”nin adamı bıçaqlandı
06 Yanvar 2018 Bakıda “JEEP” qadını vurub öldürdü
06 Yanvar 2018 DİN-dən Goranboydakı qətllə bağlı - Açıqlama
03 Yanvar 2018 Bakıda 2 avtomobil toqquşdu: yaralananlar var
03 Yanvar 2018 Ağsu aşırımında maşın aşıb, sürücü ölüb - Arvadıyla qızı ağır yaralanıb
01 Yanvar 2018 “Lotu Quli”nin məclisində qan töküldü: “Rəşad Gəncinski”ni masa arxasında bıçaqladılar
30 Dekabr 2017 Alpinistlərlə bağlı son xəbər - “3500 m hündürlükdə bəzi izlərə rast gəldik, lakin...”
29 Dekabr 2017 26 min manatlıq elektrik naqillərini oğurlayan tutuldu - Foto
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.