Xəbər lenti

novruzelioreucov.jpg
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 APA-nın xəbərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq tamamlanıb. Prokuror R. Orucovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndiriləm şəxslərin hər birinə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.

Proses dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.
Sozcu.az

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Cəzaçəkmə müəssisəsində məhbus naməlum şəraitdə ölüb- Bakıda
12 Dekabr 2017 Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı
12 Dekabr 2017 Bələdiyyə üzvü özünü asaraq intihar etdi
12 Dekabr 2017 15 yaşlı qız “turnik”dən yıxılaraq öldü –Ağdaş rayonunda
11 Dekabr 2017 Bakı sakini yeznəsini və onun atasını güllələyib
09 Dekabr 2017 Erməni əsilli məhkum həbsxanaya köçürüldü
07 Dekabr 2017 Salyanda kişi arvadını və 4 qızını öldürərək həyətdə basdırıb –3 il əvvəl
05 Dekabr 2017 Azərbaycanlı diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü
05 Dekabr 2017 Ərindən boşandı, özünü öldürdü
04 Dekabr 2017 Anar Nağılbaz reanimasiyaya yerləşdirildi
03 Dekabr 2017 Tanınmış jurnalist vəfat etdi
01 Dekabr 2017 Yaralı polis rəisi təcili Bakıya gətirildi
30 Noyabr 2017 Ağdaşda ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb
28 Noyabr 2017 Polis 102 xidmətinə şikayət etməməyi, olunan şikayətini qeri götürməyini tələb edir
25 Noyabr 2017 Rus və erməni krminal dəstə arasında qarşıdurma -ÖLƏNLƏR VAR
24 Noyabr 2017 Yol polisi sürücüyə," mənə niyə elə baxırsan?" deyib, avtomobilinə xəsarət yetirdi -FOTOLAR
24 Noyabr 2017 Ağdamdakı zəlzələ ilə bağlı – Rəsmi açıqlama
22 Noyabr 2017 Xəzər dənizində zəlzələ
22 Noyabr 2017 Şəmkirdə dördotaqlı ev yanıb
21 Noyabr 2017 Bakıda doğranmış halda meyiti tapılan şəxs kimsəsizlər qəbiristanlığında dəfn olunub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.