Xəbər lenti

polisyolsuru.jpg
Dövlət Yol Polisinin əməkdaşı saxladığı avtomobilə xəsarət yetirib.

DYP əməkdaşlarının özbaşınalığı haqqında sozcu.az saytına şikayət edən Rəhmanlı Təbriz Mehman oğlu bildirib ki, idarə etdiyi avtomobil DYP əməkdaşı tərəfindən qanunsuz olaraq saxlanılıb və polis əməkdaşı ona ,"bu nə baxmağdı mənə baxırsan, deyib, sonra avtomobilin sol dəstəyini sındırıb.

Şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

"Bu gün "Hərbi Polis" istiqamətindən Avtovağzal istiqamətinə gedirdim. Həmin yolda "Şamaxinka" tərəfdən gəlib biləcəri dairəsinə daxil olmaq istəyən avtomobillərə yol vermək lazımdı. Mən də qarşı tərəfdən gələnləri buraxıb döndüm dairə tərəfə, bu anda DYP avtomobili arxamca cani tutubmuş kimi sürətlə mənə yaxınlaşıb maşını saxlamağımı istədi. Çəkdim kənara saxladım. DYP əməkdaşı mənə yaxınlaşıb dedi ki, "bu nə baxmağdı mənə baxırsan?". Cavab verdim ki, sizə necə baxıram ki, məni sizə baxdığım üçün saxlamısınız? Bundan sonra Səxavət adlı DYP əməkdaşı blidirdi ki, güya mən qarşıdan gələn avtomobilə yol vermədən keçmişəm. Mən etiraz etdikdə, gəl kameraya bax deyib məni avtomobilə dəvət etdi. Mən də 99 YP 682 seriyalı DYP avtomobilinə yaxınlaşdım. Məlum oldu ki, polis əməkdaşı yalan deyir. Bundan sonra 102 -yə zəng edərək mənə qarşı baş verənlər haqqında məlumat verdim. Bunu görən polis əməkdaşı gobudcasına qolumdan vuraraq sənədlərimi yerə atdı. Həmin avtomobildə olan başqa bir DYP əməkdaşı, "maşının arxa işıqlarını rənglədiyin üçün avtomobilini cərimə meydançasına aparacam", deyib məni təhdid etməyə başladı. Mən bunlara başa sala bilmədim ki, 2000 -ci il istehsalı olan "Opel Vektira" belə olur. Polis əməkdaşı qaçaraq mənim avtomobilimə minib, avtomobilimin qapısının sol əlcəyini sındırdı. Bundan sonra avtomobildə başqa bir adamın da olduğunu görən DYP əməkdaşı, "niyə demirsən ki. avtomobildə adam var" deyib başladı üzürxahlıq etməyə.

Hörmətli redaksiya, sizdən xahiş edirəm ki, məni qanunsuz olaraq yoldan edən və avtobobilimə xəsarət yetirən DYP əməkdaşı haqqında sizə etdiyim müraciəti işıqlandırın.

Zəka 
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_bbbbbbbvbbb.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_bbbbbbyyhh444.jpg

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Cəzaçəkmə müəssisəsində məhbus naməlum şəraitdə ölüb- Bakıda
12 Dekabr 2017 Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı
12 Dekabr 2017 Bələdiyyə üzvü özünü asaraq intihar etdi
12 Dekabr 2017 15 yaşlı qız “turnik”dən yıxılaraq öldü –Ağdaş rayonunda
11 Dekabr 2017 Bakı sakini yeznəsini və onun atasını güllələyib
09 Dekabr 2017 Erməni əsilli məhkum həbsxanaya köçürüldü
07 Dekabr 2017 Salyanda kişi arvadını və 4 qızını öldürərək həyətdə basdırıb –3 il əvvəl
05 Dekabr 2017 Azərbaycanlı diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü
05 Dekabr 2017 Ərindən boşandı, özünü öldürdü
04 Dekabr 2017 Anar Nağılbaz reanimasiyaya yerləşdirildi
03 Dekabr 2017 Tanınmış jurnalist vəfat etdi
01 Dekabr 2017 Yaralı polis rəisi təcili Bakıya gətirildi
30 Noyabr 2017 Ağdaşda ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb
28 Noyabr 2017 Polis 102 xidmətinə şikayət etməməyi, olunan şikayətini qeri götürməyini tələb edir
25 Noyabr 2017 Rus və erməni krminal dəstə arasında qarşıdurma -ÖLƏNLƏR VAR
24 Noyabr 2017 Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istədi –Məhkəmə
24 Noyabr 2017 Ağdamdakı zəlzələ ilə bağlı – Rəsmi açıqlama
22 Noyabr 2017 Xəzər dənizində zəlzələ
22 Noyabr 2017 Şəmkirdə dördotaqlı ev yanıb
21 Noyabr 2017 Bakıda doğranmış halda meyiti tapılan şəxs kimsəsizlər qəbiristanlığında dəfn olunub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.