Xəbər lenti

zelzele.jpg
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi noyabrın 15-də Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair açıqlama yayıb.

Mərkəzdən Sozcu.az-a verilən məlumatda bildirilir ki, 15.11.2017-ci il tarixində, yerli vaxtla saat 23:48:02-də, Ağdam ərazisində baş vermiş zəlzələnin makroseysmik tədqiqatlarının aparılması məqsədilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyevin rəhbərliyi ilə episentral zonada və zəlzələnin hiss olunduğu ətraf rayonlarda tədqiqat işləri aparılıb.

Tədqiqat işləri zamanı müəyyən olunub ki, zəlzələ episentral zonada 6 bal intensivliyinə qədər hiss edilib (12 ballıq MSK-64 seysmik cədvəli üzrə).

Zəlzələnin episentri Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsindən 5 km şimali-qərbdə yerləşir. Zəlzələnin pleysoseyst zonasının ölçüləri 24 x 28 km, ocağının dərinliyi isə 25 km təşkil edir.

Zəlzələ inzibati baxımdan ən yüksək intensivliklə Ağdam, Bərdə və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində hiss olunub. Bunlar Quzanlı, Poladlı, Üçoğlan, Xındırıstan, Çəmənli, Hüsənli, Köçərli, Xanərəb, Qazyan, Qaynaq, Evoğlu, İlxıçılar, Xəsili, Ketəlparaq, Qaravəlli və Xanaqala kəndləridir.

Qeyd olunmuş ərazilərdə əhali tərəfindən yanlış məlumatlar vermələrinə baxmayaraq, RSXM əməkdaşları tərəfindən onların evlərində əmələ gəlmiş çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ildə “Aprel döyüşləri” nəticəsində əmələ gəlməsi - zərər çəkməsi, yəni evlərində zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları bir qədər də böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub.

RSXM-nin zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu Ağdam və Bərdə seysmik stansiyalarında heç bir çat müşahidə olunmayıb.

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Cəzaçəkmə müəssisəsində məhbus naməlum şəraitdə ölüb- Bakıda
12 Dekabr 2017 Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı
12 Dekabr 2017 Bələdiyyə üzvü özünü asaraq intihar etdi
12 Dekabr 2017 15 yaşlı qız “turnik”dən yıxılaraq öldü –Ağdaş rayonunda
11 Dekabr 2017 Bakı sakini yeznəsini və onun atasını güllələyib
09 Dekabr 2017 Erməni əsilli məhkum həbsxanaya köçürüldü
07 Dekabr 2017 Salyanda kişi arvadını və 4 qızını öldürərək həyətdə basdırıb –3 il əvvəl
05 Dekabr 2017 Azərbaycanlı diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü
05 Dekabr 2017 Ərindən boşandı, özünü öldürdü
04 Dekabr 2017 Anar Nağılbaz reanimasiyaya yerləşdirildi
03 Dekabr 2017 Tanınmış jurnalist vəfat etdi
01 Dekabr 2017 Yaralı polis rəisi təcili Bakıya gətirildi
30 Noyabr 2017 Ağdaşda ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb
28 Noyabr 2017 Polis 102 xidmətinə şikayət etməməyi, olunan şikayətini qeri götürməyini tələb edir
25 Noyabr 2017 Rus və erməni krminal dəstə arasında qarşıdurma -ÖLƏNLƏR VAR
24 Noyabr 2017 Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istədi –Məhkəmə
24 Noyabr 2017 Yol polisi sürücüyə," mənə niyə elə baxırsan?" deyib, avtomobilinə xəsarət yetirdi -FOTOLAR
22 Noyabr 2017 Xəzər dənizində zəlzələ
22 Noyabr 2017 Şəmkirdə dördotaqlı ev yanıb
21 Noyabr 2017 Bakıda doğranmış halda meyiti tapılan şəxs kimsəsizlər qəbiristanlığında dəfn olunub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.