Xəbər lenti

nailallahverdiyev.jpg
Bakıda “Gelandavagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin ibtidai istintaqı başa çatıb.

 N.Allahverdiyev barəsində açılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib və hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi(DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandavagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mersedes-Gelandavagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, - birgə rəsmi məlumatda bildirilib.(axar.az)
Sozcu.az

Bölmənin digər xəbərləri

12 Dekabr 2017 Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı
12 Dekabr 2017 Bələdiyyə üzvü özünü asaraq intihar etdi
12 Dekabr 2017 15 yaşlı qız “turnik”dən yıxılaraq öldü –Ağdaş rayonunda
11 Dekabr 2017 Bakı sakini yeznəsini və onun atasını güllələyib
09 Dekabr 2017 Erməni əsilli məhkum həbsxanaya köçürüldü
07 Dekabr 2017 Salyanda kişi arvadını və 4 qızını öldürərək həyətdə basdırıb –3 il əvvəl
05 Dekabr 2017 Azərbaycanlı diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü
05 Dekabr 2017 Ərindən boşandı, özünü öldürdü
04 Dekabr 2017 Anar Nağılbaz reanimasiyaya yerləşdirildi
03 Dekabr 2017 Tanınmış jurnalist vəfat etdi
01 Dekabr 2017 Yaralı polis rəisi təcili Bakıya gətirildi
30 Noyabr 2017 Ağdaşda ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb
28 Noyabr 2017 Polis 102 xidmətinə şikayət etməməyi, olunan şikayətini qeri götürməyini tələb edir
25 Noyabr 2017 Rus və erməni krminal dəstə arasında qarşıdurma -ÖLƏNLƏR VAR
24 Noyabr 2017 Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istədi –Məhkəmə
24 Noyabr 2017 Yol polisi sürücüyə," mənə niyə elə baxırsan?" deyib, avtomobilinə xəsarət yetirdi -FOTOLAR
24 Noyabr 2017 Ağdamdakı zəlzələ ilə bağlı – Rəsmi açıqlama
22 Noyabr 2017 Xəzər dənizində zəlzələ
22 Noyabr 2017 Şəmkirdə dördotaqlı ev yanıb
21 Noyabr 2017 Bakıda doğranmış halda meyiti tapılan şəxs kimsəsizlər qəbiristanlığında dəfn olunub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.