Xəbər lenti

baliqci.jpg
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi “Piral­lahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əra­ziyə baxış keçirərkən “PR-1960” bort nöm­rəli balıqçı qayı­ğı­nın yanalma körpüsündə olmadığı aşkarlanıb.

DSX mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qa­yıq­da dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalın­maz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çi­lov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.


Axtarış-xilasetmə tədbirləri nəticəsində suda olan dirəyin üzə­ri­ndə aşkarlanan və icazəsiz olaraq dəni­zə çı­xmış balıqçılar - Pirallahı rayon sakin­lə­ri Qurbanov Arif Umud oğlu və Mə­likov Ramiz Tofikoviç xilas edilərək sahilə təxliyə ediliblər. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən də­nizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nöm­rəli balıq­çı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.