Xəbər lenti

qumbara.jpgAzərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xəzər rayonunda əl qumbarası aşkarlanması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, onlara Fövqəladə Hallar Nazirliyindən Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1 ədəd qumbaranın olması barədə məlumat daxil olub.

«Agentliyin mütəxəssisləri noyabrın 13-ü həmin ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb», - məlumatda vurğulanır.

Məlumatda bildirilir ki, aşkar olunan əl qumbarasının ətrafında 35 kvadratmetr əraziyə yerüstü baxış keçirilib. Bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.