Xəbər lenti

qadinnnd.jpgAğdaşda baş verən mübahisə kütləvi dava ilə nəticələnib.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Ağzıbir kəndinin sakinləri arasında qeydə alınıb.

Kənd sakini Surxay Əsgərov tərəfindən Tuqay meşəsi ərazisində yerləşən örüş sahələrinin çəpərlənməsi üstündə başlanan mübahisə sonradan qadınların da iştirakı ilə kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti daha ciddi olan Məzburə İlyas qızı Məhərrəmovaya yaxınlıqdakı tibb məntəqəsində ilkin yardım göstərilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Polis şöbəsində araşdırma aparılır.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.