Xəbər lenti

sukanaliii.jpg
Yevlax rayonunda 33 yaşlı kişini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar.

 

Sozcu.az-a "Report"-istinadən xəbər verir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bəkir Şubay oğlu Bəkirov ov tüfəngi ilə vurulub və daha sonra yaralı vəziyyətdə su kanalına atılıb. Ancaq yaralı xeyli qan itirməsinə baxmayaraq, ölməyib və telefonla yaxınlarına xəbər verib. Nəticədə doğmaları onu taparaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

B.Bəkirovun müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğu bildirilir.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 Cəzaçəkmə müəssisəsində məhbus naməlum şəraitdə ölüb- Bakıda
12 Dekabr 2017 Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı
12 Dekabr 2017 Bələdiyyə üzvü özünü asaraq intihar etdi
12 Dekabr 2017 15 yaşlı qız “turnik”dən yıxılaraq öldü –Ağdaş rayonunda
11 Dekabr 2017 Bakı sakini yeznəsini və onun atasını güllələyib
09 Dekabr 2017 Erməni əsilli məhkum həbsxanaya köçürüldü
07 Dekabr 2017 Salyanda kişi arvadını və 4 qızını öldürərək həyətdə basdırıb –3 il əvvəl
05 Dekabr 2017 Azərbaycanlı diaspor rəhbərinin oğlu faciəvi şəkildə öldü
05 Dekabr 2017 Ərindən boşandı, özünü öldürdü
04 Dekabr 2017 Anar Nağılbaz reanimasiyaya yerləşdirildi
03 Dekabr 2017 Tanınmış jurnalist vəfat etdi
01 Dekabr 2017 Yaralı polis rəisi təcili Bakıya gətirildi
30 Noyabr 2017 Ağdaşda ağır qəza: iki nəfər ölüb, iki nəfər xəsarət alıb
28 Noyabr 2017 Polis 102 xidmətinə şikayət etməməyi, olunan şikayətini qeri götürməyini tələb edir
25 Noyabr 2017 Rus və erməni krminal dəstə arasında qarşıdurma -ÖLƏNLƏR VAR
24 Noyabr 2017 Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istədi –Məhkəmə
24 Noyabr 2017 Yol polisi sürücüyə," mənə niyə elə baxırsan?" deyib, avtomobilinə xəsarət yetirdi -FOTOLAR
24 Noyabr 2017 Ağdamdakı zəlzələ ilə bağlı – Rəsmi açıqlama
22 Noyabr 2017 Xəzər dənizində zəlzələ
22 Noyabr 2017 Şəmkirdə dördotaqlı ev yanıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.