Xəbər lenti

anarallahverdiyev.jpg
Bu il avqustun 20-də Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov tutulub.

 Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Allahverənov Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayət idarəsinə könüllü təslim olub.Bundan əvvəl Allahverənovun barəsində beynəlxalq axtarış elan edilmişdi. Kiqboksinq idman növü ilə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və onu başından zərbə vuraraq yerə sərib. Daha sonra çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb. Bu qətl Rusiyada geniş rezonansa səbəb olub.

Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.