Xəbər lenti

0102306.jpg
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsinə cəhdin qarşısını alıblar.

 Komitədən Axar.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama başlamazdan əvvəl vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı bir əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.

Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 18 ədəd kulon, 22 ədəd üzük, 17 ədəd sırğa cütü, 5 ədəd tək sırğa, 3 ədəd boyunbağı, 3 ədəd sırğa-üzük dəsti, 4 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti və 3 ədəd qolbağı çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 254,26 qram olan və 583/585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.