Xəbər lenti

BERLINN.jpg
Naxçıvandan Almaniyaya siyasi mühacir kimi gəlmiş, 2011-2013-cü illərdə Naxçıvanda Vasif Talıbov və Əhməd Əhmədov tərəfindən ağır işgəncələr görmüş Məmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova bu gün Polis Əməkdaşları tərəfindən aparılmışlar. Qeyri-rəsmi məlumata görə F.Qurbanovanı aparanlar Banditizəmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşları olub.

Məlumatı verən siyasi mühacir M.Qurbanov bildirir ki, baş verənlər onun ictimai fəaliyyətilə bağlıdır: “Həyat yoldaşımdan və digər ailə üzvlərimdən bir tələb var. Mən siyasi fəaliyyətimi dayandırım. İlham Əliyevin və Vasif Talıbovun diktatura rejimi haqqında danışmayım”.

Məmməd Qurbanov bildirir ki, bu gün həyat yoldaşının polisə aparılması onun 6 fevral 2018-ci ildə Berlin mitinqində iştirakıyla bağlıdır. “Əslində mən öz fikirlərimi son dövrlər daha az yazıram. Çünki, dəfələrlə facebook hesabım bağlanılır. Bu o deməkdir ki, həyat yoldaşımın polisə aparılması Berlin mitinqində mənim və siyasi mühacir olan kürəkənim Nadir Məmmədovun iştirakıyla və Almaniyanın Xarici İşlər Nazirliyinin qarşısında Heydər Əliyevin şəkli olan plakatın aşırılmasıyla bağlıdır”.

M.Qurbanov siyasi təzyiqlərə görə qohumlarıyla əlaqələrinin kəsildiyini də bildirdi: “Artıq bəzi qohumlarımız bizdən imtina etməyə məcbur olublar. Ailə üzvlərimlə də normal əlaqə saxlaya bilmirəm. Onlar hətta telefonda belə mənimlə danışmağa qorxurlar”.

Məmməd Qurbanov sonda onu bildirdi ki: “60 yaşlı şəkər xəstəsi olan həyat yoldaşıma bildiriblər ki, onu narkotika adıyla həbs edəcəklər. Bu siyasi hakimiyyətin əsl gerçək üzünü göstərir. Çünki, hamı bilir ki, nə Qiyas İbrahimov, nə Bayram Məmmədov, nə də həbsdə olan digər gənclər narkotika ilə bağlı adam deyillər”.

Bölmənin digər xəbərləri

17 Fevral 2018 KXCP-də seçkini baykot elədi-Mirmahmud Mirəlioğlu namizəd olmayacaq
12 Fevral 2018 An-148-də ölənlərdən biri deputatdır
05 Fevral 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR
05 Fevral 2018 Növbədənkənar prezident seçkisi təyin edildi - Sərəncam
04 Fevral 2018 Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR
31 Yanvar 2018 Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – Təxribat
29 Yanvar 2018 Donald Trampdan yazılmış kitabda İlham Əliyev diktator adlandırılıb
26 Yanvar 2018 Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət olunan ölkələrdəndir –HESABAT
19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.