Xəbər lenti

ilhameliyevbua.jpg
Amerikalı müəllif Azərbaycandakı seçki saxtakarlığından yazdı

Brian Klass “Zalımın şagirdi” adlı yeni kitabında Donald Trampın demokratiyaya və mətbuata hücumundan, qanunun aliliyinə zərbə vurmasından, hökumət vəzifələrini ailə üzvləri və dostları arasında bölüşdürməsindən, demokratiyanın normalarını pozmasından bəhs edir. Müəllif dünyada avtoritar rejimlərin seçicilərə necə təsir etməsindən bəhs edərək bu üsulun ABŞ-da da tətbiqinin ABŞ demokratiyası üçün təhlükə yaratdığını xüsusilə vurğulayır.

Müəllif seçkinin saxtalaşdırıldığı ölkələr arasında Azərbaycanın da adını çəkib:

“2013-cü ildə Azərbaycanın diktatoru İlham Əliyev səsvermə günündən bir gün əvvəl təsadüfən seçki nəticələrini iPhone appində (tətbiqində) açıqladı” -deyə müəllif kitabında qeyd edir.

Daha sonra yazır:

"2004-cü ildə Ukraynada keçirilən seçkilərində müxalifət partiyasından olan müşahidəçilər bir neçə dəqiqə əvvəl işarələnmiş bülletenlərin birdən boş olduğunu görəndə çox təəccübləndilər. Çünki bu seçicilərə yazıb-pozan qələmlər verildi. Onların qeydləri daha sonra silindiyi üçün etibarsız sayıldı. Çünki onlar, hər hansı bir namizəd üçün verilmiş yox, boş səs sayıldı.

1998-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən bələdiyyə seçkilərində iqtidar partiyası müxalifət namizədi Oleq Sergeyevin seçilməsinə mane olmaq üçün iki nəfər rəqib müəyyən etdi. Onlardan biri təqaüdçü, ikincisi isə santexnik olan Oleg Sergeyev idi. Seçicilər əsas Oleqin hansı olduğunu bilmədi, hər üç namizəd səs topladı və nəticədə əsl namizəd seçkini uduzdu".

Müəllif əlavə edir ki, diktatorlar daimi bir seçkini saxtalaşdırmaq üçün yeni üsullara əl atır. Amma məqsəd həmişə eynidır: hakim rejimin məğlub olmayacağı bir seçki keçirmək. İşğalçılar hakimiyyətini legitimləşdirmək üçün saxta seçkilər keçirirlər.

Meydan.tv

Bölmənin digər xəbərləri

17 Fevral 2018 KXCP-də seçkini baykot elədi-Mirmahmud Mirəlioğlu namizəd olmayacaq
12 Fevral 2018 An-148-də ölənlərdən biri deputatdır
10 Fevral 2018 Berlin mitinqinə görə siyasi mühacirin həyat yoldaşı polisə aparıldı
05 Fevral 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR
05 Fevral 2018 Növbədənkənar prezident seçkisi təyin edildi - Sərəncam
04 Fevral 2018 Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR
31 Yanvar 2018 Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – Təxribat
26 Yanvar 2018 Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət olunan ölkələrdəndir –HESABAT
19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.