Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_ebulfezelchibey.jpg
Nemət Pənahlı və Zərdüşt Əlizadənin son dediklərindən xəbərsizəm. Bu baxımdan onlara cavab verməyim doğru olmaz. Əslində, daha yaxşı olardı ki, bu mövzuda vaxtilə Azərbaycan Xalq Cəbhəsində (AXC) təmsil olunmuş, İdarə Heyətində iştirak etmiş liberal və radikal qanadın nümayəndələri danışsınlar.

 Bunu Teleqraf.com-a mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov son zamanlar Nemət Pənahlı və Zərdüşt Əlizadənin AXC sədri, əks-prezident Əbülfəz Elçibəy haqqında fikirlərini qiymətləndirərkən deyib.

Oqtay Qasımov qeyd edib ki, o özü şəxsən AXC-nin yaradılmasını nəzərdə tutan, 1989-cu il dekabrın 5-də Elmlər Akademiyasında keçirilən konfransda iştirak edib:

“O zaman 4 nəfərdən ibarət təşkilat komitəsi yaradıldı. Komitədə iki liberal, iki radikal tərəfin nümayəndəsi təmsil olundu. Əbülfəz bəy də sədr seçildi. Qərar belə oldu ki, bir ay müddətində konfrans hazırlansın. 1990-cı ilin yanvarın 6-9 arası konfrans keçiriləndə biz gənc tələbə olaraq Zəngilanın müdafiəsinə getmişdik”.

Oqtay Qasımov AXC-nin guya KQB ssenarisi əsasında yaradıldığı haqda iddiaları cəfəngiyyat sayıb:

“Kimin nə deməsindən asılı olmayaraq, hər şey ortadadır. Nemət Pənahlı və ya Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə münasibəti bəllidir və bu münasibət qərəzdən ibarətdir. Üstəlik, bu şəxsi müstəvidə olan münasibətdir. Açığı, bu adamlara söz tapıb deyə də bilmirsən ki, yerinə düşə.

Əbülfəz Elçibəy dünyasını dəyişib. Bunlar da düşünürlər ki, nə desələr, onlara cavab verən olmayacaq. İkincisi, məsələlərin üzərindən 28 il keçib. Eyni şeyləri hər il deməyin mənası da qalmır. Hesab edirəm ki, bu məsələlər haqqında AXC İdarə Heyətinin üzvü olan şəxslər daha tutarlı cavab verə, məsələyə aydınlıq gətirə, münasibət açıqlaya bilərlər”.

Oqtay Qasımov xatırladıb ki, AXC-yə KQB-nin təsiri, orada öz agentlərinin yerləşdirməsi, bu qurumu idarə etməyə cəhdlər göstərməsinə dair söhbətləri nədənsə 1990-cı ildə demirdilər:

“Bu söhbətlər Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra qızışdı. Azərbaycan türkünün əxlaqında vəfat edən şəxsin arxasınca danışmaq məsələsi yoxdur. Bu adamlar artıq əxlaq qaydalarını da pozurlarsa, ənənəyə hörmətsiz yanaşırlarsa, nə deyəsən?

İkincisi, KQB ilə bağlı iddialar daima səsləndirilir. İşin maraqlı tərəfi odur ki, bu iddianı səsləndirənlərin əlində nə sənəd, nə də sübut var. Sadəcə, ümumi danışıqlardan ibarət fikirlər söyləyirlər.

Üçünüsü, Nemət Pənahlı, Zərdüşt Əlizadə və digərləri haqqında da ciddi iddialar səsləndirilib. Nəhayət, Zərdüşt Əlizadənin AXC-dən getməsinin səbəblərindən biri də o idi ki, o və tərəfdaşları AXC-nin oktyabrda keçirilən sessiyası zamanı bir çox ittihamlarla üzləşmişdilər. Konkret olaraq onları Mərkəzi Komitənin üzvləri və Bakı Partiya Komutəsinin birinci katibi ilə əlaqələndirmişdilər.

Maraqlıdır ki, bu məsələləri o adamlar qaldırırlar ki, onların özləri zamanında çox şübhəli mövqedə olublar.

Bir daha qeyd edirəm ki, Əbülfəz bəyə belə münasibət kin və qərəzdən doğur. Nemət Pənahlı haqqında danışmağı heç arzu etmirəm. Adam nə danışdığını bilmir. Bu adam bir zamanlar deyirdi ki, mənim cismani atam Əhəd, mənəvi atam, mənəvi liderim Əbülfəz Elçibəydir. İndi adam başqa cür danışırsa, artıq bu, sözün bitdiyi yerdir.

Zərdüşt Əlizadəyə gəldikdə, bütün ölkə bilir ki, bu nəslin Əbülfəz Elçibəyə münasibəti necədir… Bu münasibət 1988-ci ildən qaynaqlanmır. Əksinə, 40-50 il əvvələ gedib çıxır. Əlizadələr ailəsinin Elçibəy problemi var”.

Qeyd edək ki, Nemət Pənahlı müsahibəsi zamanı Əbülfəz Elçibəy haqqında tənqidlər səsləndirib, onun rəhbərlik etdiyi AXC-ni KQB-nin yaratdığını deyib.

Zərdüşt Əlizadə isə açıqlamasında bildirib ki, 20 yanvar hadisələrindən bir neçə gün əvvəl AXC-dən istefa verərkən qan, təhlükə və məğlubiyyət gördüyünü deyib. Onun sözlərinə görə, Əbülfəz Elçibəy isə buna cavabda qan tökülməsinin qaçılmaz olduğunu söyləyib./Turkustan.info/
Sozcu.az

Bölmənin digər xəbərləri

17 Fevral 2018 KXCP-də seçkini baykot elədi-Mirmahmud Mirəlioğlu namizəd olmayacaq
12 Fevral 2018 An-148-də ölənlərdən biri deputatdır
10 Fevral 2018 Berlin mitinqinə görə siyasi mühacirin həyat yoldaşı polisə aparıldı
05 Fevral 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR
05 Fevral 2018 Növbədənkənar prezident seçkisi təyin edildi - Sərəncam
04 Fevral 2018 Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR
31 Yanvar 2018 Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – Təxribat
29 Yanvar 2018 Donald Trampdan yazılmış kitabda İlham Əliyev diktator adlandırılıb
26 Yanvar 2018 Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət olunan ölkələrdəndir –HESABAT
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.