Xəbər lenti

esger1918.jpg
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

 Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, qanunda nəzərdə tutulan başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, qanuna uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dinc dövrdə, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və tələbat normasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, qanundan irəli gələn digər məsələləri həll etsin.

Yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun Milli Məclisin ötən il dekabrın 29-da keçirilmiş iclasında qəbul olunub.

Qeyd edək ki, Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.

1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan ordusunun hüquqi əsaslarını müəyyən edirdi. Yeni qanundaisə ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan ordusu və Azərbaycan Respublikasının başqa silahlı birləşmələrinin anlayışı verilir. Ordunun fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən təşkil edilir, başqa silahlı birləşmələr dedikdə isə ölkənin təhlükəsizliyini və milli maraqlarının təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurum və digərləri başa düşülür.

Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qnunda başqa silahlı birləşmələrin dəqiq siyahısının Azərbaycan prezidenti tərəfindən təsdiq ediləcəyi müəyyən olunur. Sənəddə Silahlı Qüvvələrin təyinatı və əsas vəzifələri konkret olaraq sadalanır, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyətinin, Silahlı Qüvvələrin idarə edilməsi və maliyyə, maddi-texniki təminatının, həmçinin, Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyətinin hüquqi əsasları müəyyən edilir, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarətlə bağlı məsələlər tənzimlənir. Öz növbəsində, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların fəaliyyəti isə ayrıca qanunlarla, yəni “Azərbaycan ordusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili Qoşunlar haqqında” “Sərhəd mühafizə orqanları haqqında” və digər hərbi qanunlarla tənzimlənəcək.

Sozcu.az

Bölmənin digər xəbərləri

17 Fevral 2018 KXCP-də seçkini baykot elədi-Mirmahmud Mirəlioğlu namizəd olmayacaq
12 Fevral 2018 An-148-də ölənlərdən biri deputatdır
10 Fevral 2018 Berlin mitinqinə görə siyasi mühacirin həyat yoldaşı polisə aparıldı
05 Fevral 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR
05 Fevral 2018 Növbədənkənar prezident seçkisi təyin edildi - Sərəncam
04 Fevral 2018 Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR
31 Yanvar 2018 Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – Təxribat
29 Yanvar 2018 Donald Trampdan yazılmış kitabda İlham Əliyev diktator adlandırılıb
26 Yanvar 2018 Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət olunan ölkələrdəndir –HESABAT
19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.