Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_1111idman.jpgHər zaman sosial şəbəkədə fəallığı ilə seçilən vətənpərvər həmkarım Könül Ayxanın müraciətinə ehtinasız yanaşa bilməzdim. Azərbaycanın bayrağını ucaldan bir idmançımız üçün hər birimiz əlimizdən gələni etməliyik, deyə müraciət edən Könülün müsraları nəyinki məni düşündürdü həm də kövrəltdi . Bu gün maddi imkansızlıqdan müalicə, hətta dərman almağa belə imkanı olmayan idmançımız Sənan Əliyevin səhhətinin günü-gündən pisləşdiyi haqqda olan məlumatı araşdırmaq qərarına gəldim.

DJB.az- ın əməkdaşı idmançıların dostu Nuranə Abdullayevaya müraciət edərək araşdırnasını xahiş etdim və Könül Ayxanın verdiyi məlumat tamlığı ilə öz əksin taparaq təsdiqləndi. Onu da etiraf etmək istəyirəm ki İdman ölkəsi kimi tanınan bir ölkənin idmançısının bu durumda olması acınacaqlı bir haldlr. Amma buna da inanıram ki, əlaqədar təşkilatların bu haqda məlumatı olarsa, Sənan Əliyevə həm maddi, həm mənəvi dəstəy olacaqlar. Buna baxmayaraq, hər bir kəsi  idmançımıza dəstək olmağa çağırıram. Bu bizim həm vətəndaşlıq, həm də insanlıq borcumuzdur. Hər bir dostumuzu bu aksiyaya qoşulmağa çağırıram. Bizim çox imkanlı olan qardaşlarımız var, yəqin ki, hər kəs belə bir xeyriyyə aksiyasına qoşulacaq.

Soydaşımızın həyatını xilas etmək kimi bir savabda bizim də köməyimizin olması gözəl deyilmi?

04.02.1985-ci il təvəllüdlü Dünya çempionu Sənan Əliyevi çətin vəziyyətdən qurtarmaq üçün hər kəs əlindən gələn köməyi etməlidir.

İdmançımızın sağlıq durumu günbəgün pisləşməkdədir. Sənan Əliyev 04.12.2017-ci il tarixində Respublika İdman Tibb mərkəzinin nevropotoloquna müraciət etmişdir. Muayinə zamanı zədələnmədən sonra boyun yuxarı fəqarə arası disk yırtığı, onurğa beyin kompressiyası diaqnozu qoyulmuşdur. İdmançıya onurğanın boyun və yuxarı döş istiqamətinin MRT-muayinə və stasionar mualicə məsləhət görülür.

Onu da qeyd edək ki, Sənan Əliyevin atası V. Əliyev müharibə veteranıdır, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Hal-hazırda maddi imkansızlıqdan müalicə ala bilməyən və hətta dərman almağa imkanı olmayan idmançımızın ciddi köməyə ehtiyacı olduğu faktı bizi İdman və Gənclər Nazirliyinə bir daha müraciət etməyə vadar edir. İnanırıq ki, Azərbaycanın bayrağını səmalara ucaldan idmançımıza qarşı laqeyidlik göstərilməyərək ona həm maddi, həm mənəvi köməklik göstəriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman idmanmıza və idmançılarımıza göstərdiyi diqqət və qayğısı göz önündə olub. Məhz bu səbəbdən əlaqədar təşkilat rəhbərləri də onlara verilən vəzifə borclarını sədaqətli xidməgləri ilə yerinə yetirəcək, həm möhtərəm prezidentin onlara göstərdiyi ehtimadı doğruldacaq və bir başqalarına da örnək olacaqlarlarına inanırıq.

ALMAZ İLAHƏ ƏHMƏDOVA

Bölmənin digər xəbərləri

20 Yanvar 2018 Moskvada ticarət mərkəzində baş verən yanğında həmyerlilərimizə ziyan dəyib
19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
02 Yanvar 2018 Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı - Video
30 Dekabr 2017 Müsavatçılıq və cəbhəçilik Azərbaycan xalqının siyasi qazancıdır – Tural Abbaslı
28 Dekabr 2017 Fazil Məmmədovun villasını yandırıblar? - FOTOLAR
25 Dekabr 2017 Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı
25 Dekabr 2017 SSRİ-nin dağıldığı gün Yeltsin və Qorbaçovun ABŞ prezidenti ilə gizli telefon danışığı:“Corc, meşədə gizlənməyə hazırlaşmıram” – TARİX
23 Dekabr 2017 BMT-də ABŞ-ın Qüds qərarına qarşı çıxanları nə gözləyir?- Tramp "barmaq silkələdiyi" ölkələri cəzalandıracaqmı?
22 Dekabr 2017 Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb –ŞƏRTLƏR
21 Dekabr 2017 Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.