Xəbər lenti

bmmtsesverme.jpg
Dünya birliyi Trampın Qüdslə bağlı qərarına qarşı ilk real addımını atdı. BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımadığını bəyan edən qətnamə qəbul etdi.

Qurum ABŞ-ın Qüdsün statusuna dair qəbul etdiyi qərarlardan təəssüfləndiyini də bildirdi.

 Qərarları tövsiyə xarakterli olan Baş Assambleya hesab edir ki, müqəddəs şəhər olan Qüdsün xarakterini, statusunu, demokrafik quruluşunu dəyişməyə yönələn istənilən addım hüquqi qüvvəyə malik deyil, etibarsızdır və ləğv olunmalıdır.

Qətnaməyə 128 dövlət səs verdi. Onların arasında Rusiya, Avropa və Latın Amerikası ölkələri, ərəb dövlətləri və İslam aləmində təmsil olunan ölkələr var.

Sənədi dəstəkləməyən dövlətlərin sayı cəmi 9 oldu – ABŞ, Qvatemala, Honduras, İsrail, Nauru, Marşal adaları, Mikroneziya, Toqo və Palau.

Aralarında Gürcüstan, Ukrayna, Keniya, Monqolustan, Moldova və Litvanın da olduğu 35 ölkə isə qətnmənin nə lehinə, nə də əleyhinə gedərək bitərəf qalmağa üstünlük verdi.

Baş Assambleyanın növbədənkənar sessiyası Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılmışdı. Elə qətnamə layihəsinin müəllifi də bu iki ölkə idi.

Sənəddə həmçinin dövlətlərə çağırış edilərək Qüdsdə diplomatik nümayəndəliklərini açmaqdan çəkinmələri də istənilir.

trampyehudi.jpg
Baş Assambleyanın sessiyası ərəfəsində ABŞ prezidenti Donald Tramp qətnaməni dəstəkləyən ölkələrə maliyyə yardımını kəsəcəyini bəyan etdi: "Bu ölkələr pulumuzu alır, sonra Təhlükəsizlik Şurasında əleyhimizə səs verir. Və ehtimal ki, Baş Assambleyada da belə edəcəklər. Onlar bizdən milyonlar, hətta milyard dollar alırlar, sonra əleyhimizə səs verirlər. Qoy, səs versinlər. Biz də pulumuza qənaət etmiş olarıq. Bizim üçün fərqi yoxdur".

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə səsvermədən əvvəl bəyan etdi ki, Birləşmiş Millətlər Təşkilatı İsrailə qarşı həmişə düşmən münasibətdə olub. ABŞ-ın BMT-yə böyük maliyyə ayırdığını xatırladan Heyli qurumu bu maliyyəni dayandıracaqları ilə hədələdi.

BMT-ni "yalan yuvası" adlandıran İsrail baş naziri Binyamin Netanyahu isə bu qurumun hansı qərar verməsindən asılı olmayaraq Qüdsün İsrailin paytaxtı olduğunu bildirdi: "Qüds bizim paytaxtımızdır. Biz orada inşa işlərini davam etdirəcəyik. Və ölkələrin səfirlikləri ora köçürüləcək".

İsrail hökuməti Binyamin Netanyahunun videomüraciəti ilə səsvermənin nəticələrini tanımaqdan imtina etdi.

Fələstin prezidentinin nümayəndəsi Nabil Abu Rudeyn bildirdi ki, Qüdslə bağlı qətnamənin qəbulu dünya ictimaiyyətinin fələstinliləri və onların qanuni haqlarını dəstəklədiyini göstərir: "Dünya ictimaiyyəti fələstinlilərin haqlarını müdafiə edir. Heç bir təhdid və şantaj onları beynəlxalq qətnamələri pozmağa məcbur edə bilməz".

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu səsvermənin nəticələrini belə şərh etdi: "Beynəlxalq ictimaiyyət növbəti dəfə nümayiş etdirdi ki, ləyaqət və müstəqillik satın alınmır".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Vaşinqtonu Qüdslə bağlı qərarını tez bir zamanda ləğv etməyə çağırdı.

İsrailin Rusiyadakı keçmiş səfiri Tsvi Maqenin fikrincə, səsvermənin nəticəsi gözlənilməz olmayıb: "Hər bir halda proses başlayıb. Yerdə qalanlar detallardır. Qüds İsrailin paytaxtı olub və bu belə də qalacaq. Kimsə bunu dəyişdirmək istəyirsə, qoy gəlsin və buna cəhd eləsin".

İsrailli diplomat bildirir ki, ABŞ-ın qərarının əleyhinə səs verənlər özlərini pis vəziyyətə salıblar. Və bundan sonra Birləşmiş Ştatlarla hesablaşmalı olacaqlar.

Bu arada, ABŞ Dövlət Deparamentinin 2016-cı ildə maliyyə ayırdığı və 2018-ci il üçün maliyyə ayırmağı düşündüyü ölkələrin "onluğu" belədir.

 2017-ci ilin sabit qiymətləriylə milyard dollarla

    2016                                             2018

1. İsrail 3,1                               1. İsrail 3,1

2. Misir 1,5                               2. Misir 1,4

3. İordaniya 1,3                        3. İordaniya 1,0

4. Əfqanıstan 0,9                      4. Əfqanıstan 0,8

5. Efiopiya 0,9                           5. Keniya 0,6

6. Keniya 0,7                             6. Tanzaniya 0,5

7. Ukrayna 0,7                          7. Uqanda 0,4

8. Tanzaniya 0,6                        8. Zambiya 0,4

9. Uqanda 0,5                            9. Nigeriya 0,4

10. Pakistan 0,5                         10. İraq 0,4

 Beynəlxalq məsələlər üzrə ekspert Y.Barmin isə hesab edir ki, ABŞ Baş Assambleyada qətnamənin qəbuluna səs verən ölkələrə qarşı çətin ki sərt tədbirlərə əl atsın: "Vaşinqton qətnaməni dəstəkləyən müttəfiqlərinə iqtisadi və hərbi yardımı kəsməyəcək. Bu, Şimali Afrika və Yaxın Şərq ölkələri ilə də bağlı belə olacaq. Ən çox riskə gedən Misir və İordaniyadır. Lakin onlara maliyyənin kəsilməsinə qərar verilsə, ABŞ-ın əsas müttəfiqlərindən olan Səudiyyə buna qarşı çıxacaq".

Ekspert hesab edir ki, Birləşmiş Ştatlar Şimali Afrika və Yaxın Şərqdəki müttəfiqlərini təsir dairəsindən çıxarmamalı, Rusiya və İranın regionda fəallaşması faktorunu nəzərə almalıdır.

  Baş Assambleyadakı səsvermədən 3 gün əvvəl – dekabrın 18-də BMT Təhlükəsizlik Şurasının ABŞ istisna olmaqla bütün üzvləri Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarını qınadılar. Vaşinqton son 6 ildə ilk dəfə "veto" hüququndan istifadə etdi.

 Bunun ardınca Nikki Heyli qərarı təhqir kimi qiymətləndirdi. Və bildirdi ki, səfirliklərini harada yerləşdirmək məsələsində onlara heç kim müdaxilə edə bilməz.

«Bu, BMT-nin İsrail-Fələstin münaqişəsinin həllinə xeyirdən çox, zərər vurduğunu təsdiqləyən daha bir nümunədir", – deyə Heyli bəyan etdi.

Tərcümə Strateq.az-ındır
Sozcu.az

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
02 Yanvar 2018 Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı - Video
30 Dekabr 2017 Müsavatçılıq və cəbhəçilik Azərbaycan xalqının siyasi qazancıdır – Tural Abbaslı
28 Dekabr 2017 Fazil Məmmədovun villasını yandırıblar? - FOTOLAR
25 Dekabr 2017 Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı
25 Dekabr 2017 SSRİ-nin dağıldığı gün Yeltsin və Qorbaçovun ABŞ prezidenti ilə gizli telefon danışığı:“Corc, meşədə gizlənməyə hazırlaşmıram” – TARİX
22 Dekabr 2017 Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb –ŞƏRTLƏR
21 Dekabr 2017 Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"
15 Dekabr 2017 İraqda kimsəsiz qalan 20 azərbaycanlı uşaq var –Hər uşağa 400 dollar cərimə kəsilib
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.