Xəbər lenti

iraqusaq.jpg
İraqda kimsəsizlər evində qalan 20-yə yaxın azərbaycanlı uşaq hələ də gözü yolda qalıb. Onlar Azərbaycana nə zaman göndəriləcəklərini gözləyirlər. Mətbuatda həmin uşaqlarla bağlı məlumat və videogörüntülər yayıldıqdan sonra dövlət rəsmiləri də məsələyə reaksiya verərək, müvafiq dövlət qurumlarının tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etmişdilər. O cümlədən xarici işlər naziri Elmar Məmmədyarov da bildirmişdi ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla rəhbərlik etdiyi qurumla bərabər müvafiq rəsmi təşkilatlar da məşğuldur. Lakin məsələnin ictimailəşməsindən bir neçə ay ötməsinə baxmayaraq həmin uşaqlar hələ də İraqda kimsəsizlər evindədir.

 Bu günlərdə millət vəkili Qənirə Paşayeva İraqdakı kimsəsizlər evində olub və 20 uşaqla görüşüb. Millət vəkili görüşlə bağlı təfərrüatları ürək ağrısı ilə qeyd edib: “Ömər anasını itirib. Atasından isə xəbərləri belə yoxdur. Terrorla mübarizə aparan İraq dövlət gücləri 5 qardaş-bacını taparaq Bağdaddakı yetimxanaya gətirib və bu barədə səfirliyimizə xəbər verib.

Sumqayıtlı Mehdi Aslanov. “42-ci məhəllədənik» deyir. 4 il əvvəl onun da ailəsi ya könüllü, ya da aldadılaraq buradakı silahlı qruplaşmalara qoşulub. Azərbaycandan onları Pərvin adlı birisi çıxarıb. Onların da marşrutu Türkiyə-Suriya-İraq (Təlafər)dir. Valideynlərini itiriblər. İndi dörd uşaq İraq çöllərində yetim qalaraq Bağdaddakı yetimxanaya sığınıblar. Dediklərinə görə, Azərbaycanda nənə-babası var.

Yetim qalmış 4 qardaş-bacının ən böyüyü təxminən 5-6 yaşlarındakı Cəfərdir. Onun da valideynləri digərlərinin taleyini yaşayıb.

Yetimlər evində 3-4 yaşı olan kiçik azərbaycanlı qız uşaqlarının üzünə baxmaq insandan güc istəyirdi. Onların küskün baxışları adamın ürəyini paralayırdı.

Hələ birisi vardı, çox balaca… Ata-anasının kimliyi də məlum deyil. O qədər kiçik ki, özü haqqında məlumat verə bilmir. Ona görə də Azərbaycandakı qohumlarını axtarmaq mümkünsüzdür. Bu məsum balanın adını da yetimxananın gülərüzlü müdirəsi qoyub. Dua adlandırıb onu. Kədərli və acı dolu gözləri var Duanın… Bura çox dəhşətli bir yerdir. Demək olar ki, hər millətdən uşaqlar var. Valideynləri İŞİD terror təşkilatı içərisində İraqda vuruşub və İraq dövlətinin terrorla mübarizəsi zamanı öldürülüblər. İraqda bu təşkilatın nə zülmlər törətdiyini, sadəcə, Təlafər türkmanlarını dinlədiyimiz zaman ürəyimiz parçalandı. Başqalarına acımayan bu insanlar demək öz uşaqlarına da acımayıb və onların belə bir cəhənnəmin içərisində yaşadıb. İndi isə uşaqlar da qalıb kimsəsiz, başsız. İnsan dəhşətə gəlir".

Millət vəkili qeyd edib ki, uşaqların Azərbaycana göndərilməsi üçün bütün sənədləri hazırdır, onların Bakıya göndərilməsi üçün maddi vəsait ayrılan kimi prosesi gerçəkləşdirəcək. Lazım olan vəsait isə uşaqların Azərbaycana gətirilməsi üçün yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Millət vəkilinin bu açıqlaması müəyyən suallar doğurub. Maraqlıdır, Azərbaycan hökuməti öz vətəndaşı olan 20 uşaq üçün 400 dollar ödəmək iqtidarında deyil?

“Uşaqların ölkəyə gətirilməsi İşçi Komissiyasının işindən asılıdır”. Bu sözləri isə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov report.az saytına açıqlamasında bildirib. O bildirib ki, uşaqların sayının 20-dən çox olduğu haqda məlumatlar var. Ona görə də sayın dəqiqləşdirilməsi və hamısının ölkəyə gətirilməsi üçün işlər həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qurumun birbaşa bu məsələdə səlahiyyəti yoxdur: “Burada daha birinci səlahiyyəti olan dövlət qurumları var ki, bununla məşğul olurlar. O cümlədən Xarici İşlər Nazirliyi, səfirliklər və sairə. Yəni qurumumuz həmin uşaqlar ölkəyə gətirildikdən sonra iş aparacaq”.

Sozcu.az

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
03 Yanvar 2018 "Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
02 Yanvar 2018 Milli Məclisin yeni ildə ilk iclasının vaxt bəlli olub
02 Yanvar 2018 Güney Azərbaycanda İran bayrağı ayaqlar altına atıldı - Video
30 Dekabr 2017 Müsavatçılıq və cəbhəçilik Azərbaycan xalqının siyasi qazancıdır – Tural Abbaslı
28 Dekabr 2017 Fazil Məmmədovun villasını yandırıblar? - FOTOLAR
25 Dekabr 2017 Putinin əsas rəqibi seçki marafonundan kənarda qaldı –Navalnının namizədliyi qeydə alınmadı
25 Dekabr 2017 SSRİ-nin dağıldığı gün Yeltsin və Qorbaçovun ABŞ prezidenti ilə gizli telefon danışığı:“Corc, meşədə gizlənməyə hazırlaşmıram” – TARİX
23 Dekabr 2017 BMT-də ABŞ-ın Qüds qərarına qarşı çıxanları nə gözləyir?- Tramp "barmaq silkələdiyi" ölkələri cəzalandıracaqmı?
22 Dekabr 2017 Yaşa görə əmək pensiyası hüququnun hansı hallarda yarandığı açıqlanıb –ŞƏRTLƏR
21 Dekabr 2017 Putinin köməkçisindən S-400 açıqlaması:"Rusiya və Türkiyə arasında bütün məsələlər həll olunub"
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.