Xəbər lenti

lavrov.jpg"Biz həmsədr kimi amerikalı və fransalı həmkarlarımızla birlikdə müvafiq tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik".

 Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”, – deyən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb: “O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticəni verməyəcək. Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”.

Lavrov qeyd edib ki, həmsədrlər bu istiqamətdə iş aparır: “Moskvada həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz hazırda amerikalı və fransalı həmkarlarla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil aparacağıq. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

O, ermənistanlı həmkarına ötən gün Bakıda bu istiqamətdə apardıqları danışıqlar barədə məlumat verdiyini bildirib/APA.
Sozcu.az

Bölmənin digər xəbərləri

13 Dekabr 2017 “Şərqi Qüds Fələstinin paytaxtıdır” –İslam Əməkdaşlıq Təşkilatından tarixi qərar
13 Dekabr 2017 Bu, ən böyük riyakarlıqdır – İlham Əliyevin Zirvə çıxışı
12 Dekabr 2017 Ərdoğanla Putin mühüm mesajlar verdi-Mətbuat konfransı-Video
08 Dekabr 2017 “Dərin dövləti” razı salmaq, “rus izini” itirmək, impiçmentdən qurtulmaq…- Tramp "Qüds kartı"nı işə salıb "cəhənnəmin qapısını" niyə araladı?
06 Dekabr 2017 Tramp Qüdslə bağlı qərarı elan etdi - İslam aləmi şokda-VİDEO
04 Dekabr 2017 Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlandı –RƏSMİ
01 Dekabr 2017 Fəlakət ssenarisi: 413 min insan öləcək, 527 min isə...
01 Dekabr 2017 Polisin axtardığı oğru “Payitaht Abdülhamid” serialının aktyoru imiş
29 Noyabr 2017 Ermənilər Dağlıq Qarabağa muxtariyyatı necə verdiriblər? - Sirlәr açılır
28 Noyabr 2017 MİT-in Afina agenti Yunanıstanı çalxalayır – Silah...
25 Noyabr 2017 Çavuşoğlu: Trampın sözünü tutmasını gözləyirik...
23 Noyabr 2017 "Yeni doğulan uşağa 45, buzova görə 140 manat verilir" - Fazil Qəzənfəroğlu
21 Noyabr 2017 Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - Foto
21 Noyabr 2017 Ayaz Mütəllibovdan ilginc vertolyot qəzası açıqlaması
19 Noyabr 2017 MHP lideri NATO-nu tərk etmək mesajı verdi:"Baş verən hadisə izahı olmayan rəzillikdir"
18 Noyabr 2017 Qarabağla bağlı İqtidar -müxalifət dioloqu başlayacaq?
15 Noyabr 2017 AVROPA TARİXİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANIR:23 ölkə Ümumavropa Ordusunu yaratmağa hazırlaşır – Araşdırma
15 Noyabr 2017 Ağsu rayonunda aksiya keçirilib -VİDEO
14 Noyabr 2017 SƏUD EVİNİN YENİ NƏSLİ ATALARIN HAKİMİYYƏT EHTİRASINA QARŞI –Varis-şahzadə yüksəlişində gənclərə güvənir – TƏHLİL
14 Noyabr 2017 "KXCP sədrliyinə iddiam bu prinsiplərlə mümkün ola bilər" - ZƏLİMXAN MƏMMƏDLİ
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.