Xəbər lenti

ilham12.jpg
Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.

 Dəyişikliklə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutu daha peşəkar – vəkillik institutu ilə əvəzlənib, vəkillik institutu daha da gücləndirilib.

Sənədlərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək.

Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik belədir: “69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir”;

Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Sənədlərə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.

Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dəyişikliklər məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur/Report.
Sozcu.az

Bölmənin digər xəbərləri

21 Noyabr 2017 Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - Foto
21 Noyabr 2017 Lavrovdan İrəvanda Qarabağla bağlı mühüm mesaj:"Problem mürəkkəbdir, danışıqlar tezliklə başa çatmayacaq”
21 Noyabr 2017 Ayaz Mütəllibovdan ilginc vertolyot qəzası açıqlaması
19 Noyabr 2017 MHP lideri NATO-nu tərk etmək mesajı verdi:"Baş verən hadisə izahı olmayan rəzillikdir"
18 Noyabr 2017 Qarabağla bağlı İqtidar -müxalifət dioloqu başlayacaq?
15 Noyabr 2017 AVROPA TARİXİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANIR:23 ölkə Ümumavropa Ordusunu yaratmağa hazırlaşır – Araşdırma
15 Noyabr 2017 Ağsu rayonunda aksiya keçirilib -VİDEO
14 Noyabr 2017 SƏUD EVİNİN YENİ NƏSLİ ATALARIN HAKİMİYYƏT EHTİRASINA QARŞI –Varis-şahzadə yüksəlişində gənclərə güvənir – TƏHLİL
14 Noyabr 2017 "KXCP sədrliyinə iddiam bu prinsiplərlə mümkün ola bilər" - ZƏLİMXAN MƏMMƏDLİ
13 Noyabr 2017 Ərdoğanla Putindən ortaq mesaj:"Əlverişli şərtlər ortaya çıxmaqdadır..."
13 Noyabr 2017 Azərbaycanda zəlzələ: İranda kəndlər dağıldı; 211 ölü
10 Noyabr 2017 Xanım ictimai fəal polisə çağrıldı
10 Noyabr 2017 Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı - YENİLƏNDİ
08 Noyabr 2017 Cəmil Hacıyev İnzibati xəta törətməkdə ittiham olunaraq 200 manat cərimə olundu
08 Noyabr 2017 Aprel döyüşlərində iştirak edən hərbçini işə götürmədilər
08 Noyabr 2017 Bu quruma deputatları cəzalandırmaq hüququ verilir
06 Noyabr 2017 Eldar Mahmudov 5 saat dindirildi –Sabiq nazir idarəyə xüsusi müşahidə altında gətirilib
06 Noyabr 2017 Ərdoğanın Putinə Qarabağ təklifinin – Detalları
31 Oktyabr 2017 "Qarabağ"Madriddə tarix yazdı!!!
30 Oktyabr 2017 Həm general rütbəsi əlindən alınır,həm də 33 milyon manatlıq əmlakı müsadirə olunur=Akif Çovdarovun
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.