Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mitinqsuraaaa.jpg
Oktyabrın 28-i Demokratik Qüvvələrin Milli Şurası “Talana yox” şüarı ilə mitinq keçirib.

 Sozcu.az xəbər verir ki,Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin keçirilməsinə razılıq verilib, Bakı şəhər Baş Polis İdarəsi isə bəyan edib ki, aksiya ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.

Milli Şura hələ, sentyabr ayından Bakıda etiraz aksiyalarına başlayıb. Bundan əvvəl, sentyabrın 23-ü və oktyabrın 7-də qurumun mitinqləri olub. Həmin aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib.

***

Azadlıq Radiosunun xəbərinə görə, 28 oktyabr mitinqinin aparıcısı AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn olub..

Milli Şuranın bundan öncəki – oktyabrın 7-də keçirdiyi aksiyada olduğu kimi, bu dəfə də ərazidə internetin sürəti aşağı salınıb. Jurnalistlər və sosial şəbəkə istifadəçiləri aksiyadan canlı yayım verə bilməyiblər.

"Polis, görünür, taktikanı dəyişib. Bu aksiyadan öncə fəallardan heç kim saxlanmayıb." Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli deyib.

Bununla belə, Nürəddin Məmmədli vurğulayıb ki, rayonlardan aksiyalara gələmək istəyənlərə maneəlar yaradılıb.

***

“Bu il də Azərbaycanda iqtisadi geriləmə olacaq. İndiyə kimi iqtisadiyyatı iki dəfədən çox kiçildiblər. Bu təfəkkürlə, bu ağılla, bu bacarıqla bunlar heç nəyə nail ola bilməyəcəklər. Bunlara biz yolunu göstərməliyik” – bunu mitinqdə çıxış edən, Milli Şuranın koordinasiya mərkəzinin üzvi, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyib…

***

Mitinqin aparıcısi İlham Hüseyn deyib: “Bizə televiziyalarda Avropadakı daşqınları, Yaponiyadakı sünamiləri, ABŞ-dakı qasırğaları, meşə yanğınlarını göstərməyin. ABŞ o meşə yanğınlarının altından çıxacaq. Siz burdakı qasırğaların qarşısını alın. Korrupsiyadan, hüquqsüzluqdan, represiyalardan böyük qasırğa varmı?”

***

Hüquq müdafiəçisi Oktay Gulaliyev isə çıxışnda deyib ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində işgəncəyə, ayrıseçkiliyə yol verirlər: “Keçmiş müstəntiq Rüfət Səfərovu döyüb cərimə kamerasına salmışdılar. Bir sözü ilə gül bayramını qul bayramına çevirən Bayram Məmmədov cərimə kamerasına salınmışdı.Bu hakimiyyət Azərbaycanın ləyaqətli insanlarına qarşı savaş açıb… Müstəqil, tənqidçı saytlara giriş bloklanıb. Ölkədə 160-dan artıqsiyasi məhbus var. Onların 20-yə yaxını jurnalist və bloqqerdir. Azərbaycan siyasi məhbusların sayına görə, Avropada liderdir.”

***

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Gültəkin Hacıbəyli də mitinqdə çıxış edib. O deyib ki, Azərbaycanın zəngin təbii ehtiyatları var, üstəlik, Azərbaycan xalqı zəhmətsevərdir:"Bəs niyə belə zəngin təbbi ehtiyatı olan ölkədə xalqın əksəriyyəti yoxsul yaşayır?"

Keçmiş deputat deyib ki, hər kəsin xoşbəxt olmaq haqqı var.

***

Saat 17.05-də isə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) də mitinqlə bağlı açıqlama yayıb.

İdarədən KİV-ə verilən məlumatda deyilir: "Oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".
Sozcu.az

Bölmənin digər xəbərləri

21 Noyabr 2017 Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - Foto
21 Noyabr 2017 Lavrovdan İrəvanda Qarabağla bağlı mühüm mesaj:"Problem mürəkkəbdir, danışıqlar tezliklə başa çatmayacaq”
21 Noyabr 2017 Ayaz Mütəllibovdan ilginc vertolyot qəzası açıqlaması
19 Noyabr 2017 MHP lideri NATO-nu tərk etmək mesajı verdi:"Baş verən hadisə izahı olmayan rəzillikdir"
18 Noyabr 2017 Qarabağla bağlı İqtidar -müxalifət dioloqu başlayacaq?
15 Noyabr 2017 AVROPA TARİXİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANIR:23 ölkə Ümumavropa Ordusunu yaratmağa hazırlaşır – Araşdırma
15 Noyabr 2017 Ağsu rayonunda aksiya keçirilib -VİDEO
14 Noyabr 2017 SƏUD EVİNİN YENİ NƏSLİ ATALARIN HAKİMİYYƏT EHTİRASINA QARŞI –Varis-şahzadə yüksəlişində gənclərə güvənir – TƏHLİL
14 Noyabr 2017 "KXCP sədrliyinə iddiam bu prinsiplərlə mümkün ola bilər" - ZƏLİMXAN MƏMMƏDLİ
13 Noyabr 2017 Ərdoğanla Putindən ortaq mesaj:"Əlverişli şərtlər ortaya çıxmaqdadır..."
13 Noyabr 2017 Azərbaycanda zəlzələ: İranda kəndlər dağıldı; 211 ölü
10 Noyabr 2017 Xanım ictimai fəal polisə çağrıldı
10 Noyabr 2017 Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı - YENİLƏNDİ
08 Noyabr 2017 Cəmil Hacıyev İnzibati xəta törətməkdə ittiham olunaraq 200 manat cərimə olundu
08 Noyabr 2017 Aprel döyüşlərində iştirak edən hərbçini işə götürmədilər
08 Noyabr 2017 Bu quruma deputatları cəzalandırmaq hüququ verilir
07 Noyabr 2017 “Vəkillər və vəkillik fəaliyyəti haqqında” yeni qanun təsdiqləndi –Nümayəndəlik institutu məhdudlaşdırıldı
06 Noyabr 2017 Eldar Mahmudov 5 saat dindirildi –Sabiq nazir idarəyə xüsusi müşahidə altında gətirilib
06 Noyabr 2017 Ərdoğanın Putinə Qarabağ təklifinin – Detalları
31 Oktyabr 2017 "Qarabağ"Madriddə tarix yazdı!!!
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.