Xəbər lenti

xezert.jpgXəzər Teyyublu: “Bununla ermənilərin gələcəkdə Türkiyənin başına bəla olması üçün şərait yaradıblar”

Qardaş Türkiyədə diqqətçəkən və bizim narahatlığımıza səbəb olan məsələlərdən biri də həmin ölkənin parlamentində erməni əsilli vətəndaşların deputat seçilməsidir. Təəssüflər olsun ki, onların parlametdəki sayı azəri türklərinin qanunverici orqanda niyə təmsil olunmadığı ilə bağlı sualı da gündəmə gətirir.

Gəlin Türkiyədə keçirilən son parlament seçkilərinin nəticələrinə diqqət edək. Məlum olur ki, ölkənin üç böyük partiyası parlamentə hərəsi bir erməni deputat göndərib. Böyük Millət Məclisinə AKP-də Markar Eseyan, CHP-nin deputatlığa namizədlər siyahısında 1-ci sırada olan erməni əsilli Selina Doğan millət vəkili seçiliblər. HDP-dən isə milliyyətcə erməni olan namizəd Garo Paylan mandat qazana bilib.
Beləliklə, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə erməni millət vəkilləri seçiliblər.
İstər-istəməz belə sual ortaya çıxır: nəyə görə azərbaycanlı həmyerlilərimiz Türkiyə parlamentində təmsil oluna bilmədiyi halda, ermənilər asanlıqla qanunverici orqanda təmsil oluna bilir?

Klassik Xalq Cəbhəsi Partiyasının qurultaya hazırlıq komitəsi və partiya idarə heyətinin üzvü Xəzər Teyyublu “Bakı-Xəbər”-ə açıqlamasında bildirdi ki, bunun bir sıra səbəbləri var: “Mən bunu Türkiyədəki hakim partiyanın yürütdüyü siyasətlə izah edə bilərəm. Məhz buna görədir ki, artıq Azərbaycan cəmiyyətində Türkiyəyə başqa münasibət var, oranı idarə edən hakimiyyətə isə başqa. Doğrudan da qardaş ölkənin parlamentində ermənilərin təmsil olunması üzücüdür. Demokratiyadırsa, onda azərbaycanlılar niyə yoxdur? Təbii ki, buna siyasi yönlü cavab verənlər də tapılacaq ki, nə fərqi var, onsuz da biz qardaş ölkələrik. Xeyr, belə deyil. Siyasətdəyiksə, hər şeyi öz adı ilə çağırmalıyıq. Niyə 50 il ərzində bu hal yaşanmırdı. Məgər həmin müddətdə Türkiyədə demokratiya olmayıb? Fərq bundadır ki, bundan əvvəl azərbaycanlılar parlamentdə olub, ermənilər kənarda qalıb. İndi proses tərsinə gedir.

Doğrudan da maraqlıdır ki, erməni özünə düşmən kimi saydığı Türkiyə mühitində necə qalib gələ bilir? Erməni əsilli şəxslərin türk parlamentinə seçilməsinin Konstitusiyaya aidiyyəti yoxdur. Yəni sanki razılaşdırılmış bir məsələyə bənzəyir. Çünki onların adları partiya sıralarında geridə yazılsaydı, parlamentə düşə bilməyəcəkdilər. CHP-dən, AKP-dən və kürdlərin partiyasını təmsil edən bir namizəd veriblər. Bu namizədlər siyahıda elə yerləşdirilib ki, qalib gəliblər. Buna görə bir millətdən olan erməni üç fərqli partiyadan təmsilçilik əldə edib. Danışılmış, sistemli, xaricdən idarə olunan bir prosesə bənzəyir. Hesab edirəm ki, bununla ermənilərin gələcəkdə Türkiyənin başına bəla olması üçün şərait yaradıblar. Ancaq bu mövzuda başqa bir vacib məqama da toxunmaq istəyirəm ki, azərbaycanlılar, təəssüflər olsun, belə strateji məsələlərdə zərbəni eyni nöqtəyə vura bilmirlər. Azərilərin sıx yaşadığı bölgələrdə iki nüfuzlu şəxs bir-birilə yarışıb. Nəticədə səslər parçalanıb və başqaları qalib gəlib.

Bölmənin digər xəbərləri

21 Fevral 2018 Generalın irimiqyaslı müharibə xəbərdarlığının – Səbəbi
17 Fevral 2018 KXCP-də seçkini baykot elədi-Mirmahmud Mirəlioğlu namizəd olmayacaq
12 Fevral 2018 An-148-də ölənlərdən biri deputatdır
10 Fevral 2018 Berlin mitinqinə görə siyasi mühacirin həyat yoldaşı polisə aparıldı
05 Fevral 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR
05 Fevral 2018 Növbədənkənar prezident seçkisi təyin edildi - Sərəncam
04 Fevral 2018 Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR
31 Yanvar 2018 Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – Təxribat
29 Yanvar 2018 Donald Trampdan yazılmış kitabda İlham Əliyev diktator adlandırılıb
26 Yanvar 2018 Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət olunan ölkələrdəndir –HESABAT
19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.