Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_mitinq11.jpg
Bakıda, “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçirilib. 

 APA-nın xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunub.

Aksiyanın aparıçısı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimlidir.

Təşkilatçılar bildiriblər ki, mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumət inzibati basqılardan istifadə edir. Azadlıq Radiosunun məlumatına görə, bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib.

N.Məmmədlinin sözlərinə görə, Azərbaycanın bütün rayonlarında mitinqə qatılmaq istəyənlərə təzyiqlər olub.

AXCP sədri Əli Kərimli isə deyib ki, mitinq ərəfəsində 53 nəfər fəalı polis saxlayıb. Onlardan bəzilərinə inzibati qaydada həbs verilib.

Mitinq təşkilatıçılarının açıqlamalarına hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Polis əməkdaşları aksiyaya gələnləri yoxlayıblar. Təşkilatçıların öncədən elan etdiyi şüarlardan fərqli şüarların meydana buraxılmadığı bildirilir.

Aksiyaya toplaşanlardan bəziləri sinəsində siyasi məhbus hesab olunan şəxslərin şəkilləri olan köynəklər geyib, əllərində onların şəkillərini tutublar.

Aksiyada çıxış edən AXCP sədri Əli Kərimli tez-tez "istefa" şuarı səsləndirib. O, basqılara rəğmən xalqın hakimiyyətə əyilməyəcəyini ifadə edib:

“24 il əsarətdə saxlanılmış, ən layiqli övladları repressiyalara məruz qalmış ölkədə sizlər sübut edirsiniz ki, Azərbaycan xalqının müqavimətini qırmaq mümkün deyil.

Bu millət meydana ona görə toplaşıb ki, oğrulara sözü var. Bu meydanda 100-dən çox siyasi məhbusun şəkli dalğalanır. İnsanlar bura həm də ona görə toplaşıb ki, həbsdəki Gözəl Bayramlıya, Mehman Hüseynova, İlkin Rüstəmzadəyə, Fuad Əhmədliyə azadlıq tələb etsin".

Daha sonra Əi Kərimi deyib ki, korrupsiyaya bulaşmış hökumət Qarabağı da işğaldan azad edə bilməz: "Ona görə də millət “Qarabağa azadlıq” deməlidir”.

 

Bölmənin digər xəbərləri

17 Oktyabr 2017 Sərkisyan Əliyevlə görüşdən danışdı:"Bizim üçün yeganə həll variantı..."
14 Oktyabr 2017 İlham Əliyev 2 sərəncam imzaladı
12 Oktyabr 2017 Tarix İnstitutunun 28 səhifəlik iradı nəzərə alınmadı - Bəyanat
12 Oktyabr 2017 Əbülfəz ELÇİBƏYİN KÖMƏKÇİSİNDƏN KÜRDLƏRLƏ BAĞLI MARAQLI ARAŞDIRMA:"Plan bölgədə “ikinci İsrail” adlandırılan dövlətin qurulmasıdır"
11 Oktyabr 2017 Kataloniya müstəqilliyini elan etdi - Şok
06 Oktyabr 2017 Dövlət katibi prezidentə təkcə “gicbəsər” deməyib, üstəlik biədəb söyüş də söyüb..
04 Oktyabr 2017 Şimali Kipr XİN başçısı: “Türkiyənin muxtar vilayəti olmaq istəyirik”
02 Oktyabr 2017 KXCP Ali Məclisinin üzvü həbs edilib
27 Sentyabr 2017 "Əliyevlə Sərkisyanın görüşü İrəvanda müzakirə ediləcək"
26 Sentyabr 2017 Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR
20 Sentyabr 2017 Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı
20 Sentyabr 2017 Övladlarını Cavid Qurbanovun həbs etdirdiyini idda edən ailə Kəlbəcərə keçir
19 Sentyabr 2017 Türkiyə Kərkükü qaytara bilər - Ankara sazişi/Tam mətn
17 Sentyabr 2017 Avropa Şurası “Nardaran işini” araşdıracaq
14 Sentyabr 2017 AÇG-də iştirak payları açıqlanıb
14 Sentyabr 2017 Onlar ölkəmizə 3,6 milyard bonus ödəyəcək - Prezident
12 Sentyabr 2017 "Qarabağ" Çempionlar Liqasında debüt etdi - Yenilənib
12 Sentyabr 2017 Ərdoğan: Putinlə qəti qərar verdik
10 Sentyabr 2017 "Ramil Səfərova görə Macarıstana 7 milyon dollar ödənib" - iddia
08 Sentyabr 2017 “Azərbaycan hakimiyyəti normal cəmiyyətlər üçün də təhdiddir” – ƏHMƏD ORUC
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.