Xəbər lenti

ramilsad.jpg"Millət vəkili Adil Əliyev vətənimizin fəxr edəcəyi övladlarından biridir. Cəmiyyətimizdə belə insanların olması hamımız üçün qürurvericidir".

Bu sözləri Azərbaycan zabiti Ramil Səfərov Adil Əliyevə həsr olunan "Adil insan" kitabındakı yazısında qeyd edib. R.Səfərov bildirib ki, Adil Əliyevin şəxsiyyətini 3 kateqoriya ilə xarakterizə etmək olar: "İnsani üstünlükləri; idman sahəsindəki fəaliyyəti; millət vəkili kimi fəaliyyəti. Hər üç kateqoriyanı yüksək qiymətləndirirəm və dəyər verirəm.

Hər üçü də Adil Əliyevin şəxsiyyətində birləşib. Bunlar onun fəaliyyətinin ana xəttini təşkil edir. İnsan olaraq onun sadəliyi, əlindən gəldiyi qədər insanlara kömək etməyə çalışması, onların qayğısına qalması onun yüksək insani keyfiyyətlərə malik olduğunu göstərir. İdmançı kimi idmana olan münasibəti, xüsusilə rəhbəri olduğu Kikboksinq Federasiyasının güclü inkişafını, bu idman növünün cəmiyyətdə özünəməxsus yer tutmasını, mütəmadi olaraq beynəlxalq yarışların keçirilməsini, xarici ölkələrdə idmançılarımızın uğurlar qazanmasını və Azərbaycan bayrağını yüksəklərə qaldırılmasını ölkəmizdə hər kəs bilir.

Adil Əliyevin Azərbaycan idmanına töhfələri çoxdur və bu, idmanımızın inkişafına səbəb olur. Bugünün idmançıları gələcəyin əsgərləridir. Mən bir zabit kimi əsgər və zabitlərimizin idmanla məşğul olmalarını arzu edirəm. Onların intellektual səviyyələrinin yüksək olması ilə yanaşı, fiziki hazırlıqlarını da əsas götürürəm.

Çünki hərbi xidmət fiziki qabiliyyət üzərində qurulur. Arzu edirəm ki, hərbi xidmətə gələn əsgərlər keçmişdə hansısa idman növü ilə məşğul olsunlar. Bu mənada idman fəaliyyətlərinə dəstək verən insanların əməyini qiymətləndirməmək olmur. Adil Əliyevin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Federasiyanın gənclər arasında zərərli vərdişlərin aradan qaldırılması, onların idmana meyllənməsində uğurlu layihələri haqqında məlumatlıyam. Bunlar ictimaiyyətin gözü qarşısında baş verir. Federasiya sistemli şəkildə Azərbaycan gəncliyini idmana istiqamətləndirir. Yaxşı bilirəm ki, onlara orada təkcə əlbəyaxa döyüş növləri tədris olunmur. Eyni zamanda maarifçilik təbliğatı aparılır. Onlara əxlaqi tərbiyə aşılanır. İdmançılara vətənpərvərlik hisləri öyrədilir. Biz isə onları ordu sıralarına qəbul etməklə onlara hərbi bilikləri öyrədirik.
b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_ramilqad2.jpg

Bu, vəhdət şəklində gedir. Bu iki istiqamət ordumuzun güclənməsinə və birliyinə müsbət təsir edir. Beləliklə də Adil Əliyev və onun kimi insanların gördüyü işlər Azərbaycanın daha da möhkəmlənməsinə xidmət edir. Adil Əliyev millət vəki kimi Azərbaycan parlamentinin fəal vəkillərindəndir. Ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur. Seçiciləri ilə daim maraqlanır və onlarla sıx-sıx görüşlər keçirir. Onun siyasi-ictimai fəaliyyəti, ölkə daxilində və beynəlxalq tədbirlərdə iştirakı göz qabağındadır. Fəal şəkildə Azərbaycan adına, milli maraqlarımız naminə maraqlı çıxışlar edir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və belə olan halda ölkə gəncləri arasında vətənpərvərlik ruhunun qalxmasına böyük ehtiyac var.

Dəfələrlə şahidi olmuşam ki, Adil Əliyev hərbi hissələrdə görüşlər keçirib və gənc əsgər və zabitlər arasında çıxışlar edib, vətənpərvərlik hissinin güclənməsinə öz töhfəsini verib. Adil Əliyev mütəmadi olaraq ön cəbhədə xidmət edən heyətlə də görüşlər keçirir. O, Ali Baş Komandan İlham Əliyev cənablarının ordumuzla bağlı siyasətində aktiv rol alan millət vəkillərimizdəndir. Cəbhə bölgəsinə səfərlər təkcə əsgərlər arasında deyil, zabitlər arasında da ruh yüksəkliyinə səbəb olur. İnsanın unudulmasından qorxulu heç nə ola bilməz. Əsgər və zabitlərimiz cəmiyyətdən müəyyən qədər təcrid həyat şəraitində fəaliyyət göstərirlər. Odur ki, belə səfər və görüşlər psixoloji cəhətdən hərbçilərə gərəkli dəstəkdir. Xüsusilə, onlarla görüşə cəmiyyətdə xeyirli işləri ilə tanınan insanlar gedirsə, bu, daha çox müsbət təsir göstərir.

Adil Əliyevin cəbhə bölgəsinə səfərləri həqiqi mənada şəxsi heyət arasında çox müsbət təsirlərini göstərir və mən bunu çox gözəl bilirəm. Həyatımın ən yadda qalan anlarından biri də Macarıstanda həbsxana həyatı yaşayarkən Adil müəllimlə görüşümdür. Bu görüş heç bir zaman yadımdan çıxmayacaq. Təkadamlıq kamerada olan insan üçün belə bir görüşün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Görüş mənə çox yüksək əhval-ruhiyyə verdi. Onunla çox maraqlı söhbətlərimiz oldu.

Hər sözünün sonu mənə ürək-dirək verməklə bitirdi. Müəyyən məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Belə bir söz var: məhkəmədə cəzanı alan məhkum olur, ancaq cəzanın və məşəqqətli həyatın ağırlığını həm də onun ailəsi çəkir. Adil Əliyev mütəmadi olaraq mənim ailəmlə maraqlanıb və onlara böyük diqqət ayırıb. Ailəmizlə bağlı çox böyük işlər görüb. Xüsusilə, anam xəstə olarkən ona çox böyük yardımlar göstərib. Bu barədə atam mənə danışır və məlumatlar verirdi.

Mən bunları heç bir zaman unuda bilmərəm və bu, həmişəlik yaddaşıma həkk olub. Adil Əliyevin bu diqqəti ailəmiz tərəfindən heç vaxt unudulmayacaq. Fürsətdən istifadə edib bir daha Adil Əliyevə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onunla dostluğumuzun təməlində qeyd etdiyim və sözlə bitməyəcək keyfiyyətlər durur".

Faktor.az

Bölmənin digər xəbərləri

18 Yanvar 2017 Putinin etibarlı adamı Lavrovun Qarabağ açıqlaması haqda
18 Yanvar 2017 13 ildir icra olunmayan məhkəmə sənədləri – BİR ANANIN FƏRYADI...
16 Yanvar 2017 Dilqəm Əsgərovun atasının səhhəti ağırlaşıb - FOTO
15 Yanvar 2017 Şəhid atası prezidentə müraciət etdi: “Artıq məmurlara söz deməyə üzüm qalmayıb”
14 Yanvar 2017 ADR Hərəkatı yürüş keçirməklə bağlı qərar verdi
13 Yanvar 2017 'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'
12 Yanvar 2017 Qırğızıstan prezidenti də FETÖ-dan pul alır - Şok iddia
11 Yanvar 2017 Qubad İbadoğlu prezidentin çıxışına münasibət bildirdi
09 Yanvar 2017 Ermənilər Qarabağda yeni qızıl yatağı axtarırlar
06 Yanvar 2017 Ərdoğandan Naxçıvan açıqlaması -VİDEO
03 Yanvar 2017 "2 rayon əvəzinə sərhədləri açmağı 1993-cü ildə Süleyman Dəmirəl, sonra isə Çillər təklif etmişdi"
30 Dekabr 2016 Əhəd Abıyevin ifadəsi açıqlandı - “MTN işi”
29 Dekabr 2016 Deputat tanınmış vəkili debata çağırdı: “cəsarətin varsa, üz-üzə görüşək”
29 Dekabr 2016 İcbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin siyahısı və tarifləri açıqlanıb - SİYAHI
28 Dekabr 2016 Ankara və Moskva razılığa gəldi – Şərtlər
28 Dekabr 2016 Ərdoğan ABŞ-ı terrorizmə dəstək verməkdə ittiham etdi-"Röyter"bunu gizlədi
27 Dekabr 2016 Gələn il dövlət büdcəsi kəsirinin yuxarı həddi açıqlanıb
26 Dekabr 2016 Taleh Bağırova ömürlük həbs cəzası istənildi
25 Dekabr 2016 “Nə Hələbi satdıq, nə də 600 min məzlumu qətlə yetirmiş Bəşər Əsədi tanıyırıq” – Cavuşoğludan sərt açıqlama
25 Dekabr 2016 Rusiyanın məşhur musiqi ansamblı təyyarə qəzasında məhv oldu
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.