Xəbər lenti

erddd.jpg
“ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin İŞİD-ə dəstək verdiyi barədə əlimizdə foto və video qeydlər var” 

 Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qvineya prezidenti Alfa Konde ilə görüşündən sonra təşkil olunan mətbuat konfransı zamanı deyib.

“İŞİD qruplaşması hazırda Əl Babda hər tərəfdən mühasirəyə alınıb. Təəssüf ki, koalisiya bizə verdiyi sözü tutmur. Verdikləri söz fərqli idi, indi isə fərqli mövqedən çıxış edirlər. Buna baxmayaraq, biz yolumuza davam edəcəyik. Koalisiya qüvvələri “İŞİD-ə qarşı sonuna qədər mübarizə aparacağıq” deyirdi. Hətta bizi İŞİD-ə dəstək verməkdə ittiham edirdilər. İndi isə hamısı yoxa çıxıb. Hətta bunlar İŞİD də daxil olmaqla, YPG, PYD-yə dəstək verirlər. Bu faktlar hamısı foto və video ilə əlimizdədir”, - Ərdoğan qeyd edib.

Türk lider onu da vurğulayıb ki, bütün bu proseslərə baxmayaraq, rəsmi Ankaranın mövqeyi dəyişməz olaraq qalır.

“Röyter” agentliyinin Ərdoğanın bu çıxışından “ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin İŞİD-ə dəstək verdiyi barədə əlimizdə foto və video qeydlər var” hissəsini mətndən çıxararaq tirajlaması isə dünya mediasında rezonans yaradıb.

Halbuki Türkiyə rəsmiləri ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin YPG-yə silah-sursat verməsini hər zaman kəskin tənqid etmiş, YPG-nin də terror təşkilatı olduğunu, bu quruma verilən silahların PKK və İŞİD-in əlinə düşdüyünü dəfələrlə bəyan edib.

Bölmənin digər xəbərləri

17 Fevral 2017 Samsung şirkətinin rəhbəri həbs olundu - Səhmləri ucuzlaşdı
14 Fevral 2017 “Bu gün kimlərəsə maraqlıdır ki, ölkədə kürdlərlə türkləri qarşı-qarşıya qoysun” - Əkrəm Əylisli
14 Fevral 2017 Milli Məclis bələdiyyələrlə bağlı İllik Məruzəni qəbul etdi
12 Fevral 2017 Zərdabın icra başçısı “quşladı” - VİDEO
05 Fevral 2017 ABŞ-ın müdafiə naziri: 'İran dünyada terroru dəstəkləyən əsas dövlətdir'
05 Fevral 2017 Hüquq müdafiəçisi: “Silahdan, narkotikdan istifadə etmirəm”
03 Fevral 2017 İran islam düşmənləri ilə yenə bir arada
28 Yanvar 2017 Aqil Səmədbəyli” “Atını minən özünü verdi "Azərbaycan" adlı meydana”
28 Yanvar 2017 Ukraynanın Milli Qəhrəmanı kəlbəcərli girovların müdafiəsinə qoşulur
18 Yanvar 2017 Putinin etibarlı adamı Lavrovun Qarabağ açıqlaması haqda
18 Yanvar 2017 13 ildir icra olunmayan məhkəmə sənədləri – BİR ANANIN FƏRYADI...
16 Yanvar 2017 Dilqəm Əsgərovun atasının səhhəti ağırlaşıb - FOTO
15 Yanvar 2017 Şəhid atası prezidentə müraciət etdi: “Artıq məmurlara söz deməyə üzüm qalmayıb”
14 Yanvar 2017 ADR Hərəkatı yürüş keçirməklə bağlı qərar verdi
13 Yanvar 2017 'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'
12 Yanvar 2017 Qırğızıstan prezidenti də FETÖ-dan pul alır - Şok iddia
11 Yanvar 2017 Qubad İbadoğlu prezidentin çıxışına münasibət bildirdi
10 Yanvar 2017 Ramil Səfərov Adil Əliyevdən yazdı...
09 Yanvar 2017 Ermənilər Qarabağda yeni qızıl yatağı axtarırlar
06 Yanvar 2017 Ərdoğandan Naxçıvan açıqlaması -VİDEO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.