Xəbər lenti

talehfuadd.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror məhkəmədən Taleh Bağırovun ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. 

Həmçinin Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. 

Proses yanvarın 9-da davam etdiriləcək.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.T. Bağırov və digərlərinə qəsdən adam öldürmə, qanunsuz silah saxlama və digər maddələrlə ilə ittiham verilib.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Bölmənin digər xəbərləri

15 İyul 2017 Ağsuda AXC-nin qurucuları olan hərəkatçılarla görüş keçirilib - FOTOLAR
12 İyul 2017 Arif Hacılı: "Qarabağ Türkiyəyə Suriyadan, İraqdan, Qətərdən daha yaxındır ki…”
06 İyul 2017 Yəhudi təşkilatı Zəhra ilə bağlı bəyanat verdi: "Ermənistan üçün körpə-yaşlı fərq etmir"
04 İyul 2017 Rusiyanın parçalanması başladı: Qafqaz ayrılır…
01 İyul 2017 Qardaşının həbs olunması haqqında məlumat gedən deputat danışdı: "Bu, nə şoudur yaradıblar?"
01 İyul 2017 Həbsdə olan jurnalistin anasından dövlət başçısına sual dolu müraciət
28 İyun 2017 YAP-dan Prezidentliyə namizədliklə bağlı — AÇIQLAMA
19 İyun 2017 Ermənilər Xocalıda Festival keçirib -FOTOLAR
14 İyun 2017 "Deyirlər ki, gedin dua edin, biz sizə danışmağa icazə veririk" -FAİQƏ NÖSRƏTİ
13 İyun 2017 “OMON”çu Elçin Əmiraslanov aclığı dayandırdı
08 İyun 2017 İsa Qəmbər: "AMİP rəhbərləri heç bir zaman bu ləkəni öz üzərlərindən silə bilməyəcəklər"
06 İyun 2017 Zakir Qaralovdan müxalifətə ittiham: "Qanunsuz qrant korrupsiyasına qoşulublar"
02 İyun 2017 Dövlət Baxçalı Hulusi Akarı müdafiə etdi: "Dimdik bir komutandır!"
02 İyun 2017 QAT rəhbərliyi Türkiyə səfirliyində oldu
31 May 2017 Ərdoğan 13 hərbiçinin şəhid olması ilə bağlı bağlı başsağlığı verdi
29 May 2017 "İranda Naxçıvanlı sürücüləri döyürlər" - Qurban Məmmədov hakimiyyətə səsləndi
29 May 2017 "Sülh Platforması" adına Azərbaycana "daşınan" ermənilərdən biri erməni xalqından üzr istədi
28 May 2017 “Oğlunun yas mərasimində bir saatdan artıq otura bilmədi…” - Günün qəhrəmanları...
17 May 2017 Azərbaycanda vətənə xəyanət edənin meyitini dəfn etməyə qoymadılar
15 May 2017 "15 may hadisəsi" hakimiyyət çevrilişi idi? - ŞƏRHLƏR
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.