Xəbər lenti

cavusoglu.jpg
“Biz Hələbdəki problemi həll etməsək kim köməyə çatacaq? Hansı müsəlman ölkə hələblilərə kömək etdi? Biz əl uzatmasaydıq bu məzlumların halı nə olacaqdı? 45 min insanın halı necə olacaqdı? Bütün dünya gördü, Türkiyəni sevən də, sevməyən də.”

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyə Hələbdə bazarlıq etdi” iddialarına cavab verərkən deyib. Çavuşoğlu Türkiyənin diktator Bəşər Əsədi tanımadığını da bildirib.
“Prezidentimizə qısqanclıq etdikləri üçün hər şeyi irəli sürənlər hardaydı Hələbdə qətliam baş verəndə? Türkiyədən başqa kömək edən olmadı. Bunu başqaları bizə iltifat etsin deyə etmirik. Dünyadakı 2,4 milyard ümmətə cavabdehik. Çox şükür ki 2,4 milyard ümmət kimsəsiz deyil. Güclü Türkiyə var. Bu anlayışla çalışırıq. Məsuliyyətimizi dərk edirik.”
Suriya daxilində atəşkəsin təmin olunmasının vacibliyinə toxunan Çavuşoğlu bunları deyib:
“Suriyada siyasi həllə keçməyimiz lazımdır. Hər kəsin əlini daşın altına qoyması lazımdır. Rusiyada ortaq açıqlamaya imza atdıq, bu bəyanatda nə var ona baxmaq lazımdır.Bu bəyanatda Suriya daxilində atəşkəs var, siyasi həll var, humanitar yardım var, BMT qətnamələri var. Yoxsa bəziləri ittihamlara başlayıblar. Utanmadan “Hələbi satdınız” deyirlər. Hələbi niyə sataq? Hələbdə zalımı da, zülmü də gördük. “Əsədi tanıdınız” deyirlər. Bu bəyanatın nə əlaqəsi var Əsədi tanımaqla? Biz Əsədi tanımırıq.
Cenevrədə müzakirələr kimlər arasında keçirilib? Müxalifətin nümayəndələri və rejimin nümayəndələri arasında. Siyasi həllini istəyirsinizsə, ortada iki tərəf var, rejim tərəfi və müxalifət tərəfi. Bunları bir araya gətirmək Əsəd qalsın demək deyil ki? Üstəlik, mənim qalsın deməyimin bir əhəmiyyəti varmı? Suriya xalqı nə deyir bu əsasdır. Onları kim razı edəcək Əsədin qalmasına, bu mümkündürmü? 600 min insanı öldürmüş zalım insanı məzlum insanların barığışlaması mümkündürmü?Bizim fikrimiz aydındır. 600 min nəfəri öldürmüş insan Suriyanı birləşdirə və birləşmiş Suriyanın gələcəyində yer ala bilməz” deyə Cavuşoğlu qeyd edib.



avropa.info

Bölmənin digər xəbərləri

28 Mart 2017 Baş qərargahdan iki general istefaya göndərildi: Eyvaz Cəfərov, Elbrus Orucov, daha kimlər...
27 Mart 2017 Penitensiar Xidmət İlqar Məmmədovun istəyinə münasibət bildirdi
24 Mart 2017 Dilqəm Əsgərovun oğlu mətbuata səsləndi:"Başınız girməyən yerə..."
24 Mart 2017 Hüsnü Mübarək hərbi hospitaldan çıxaraq 6 illik həbsdən sonra evinə qayıdıb
24 Mart 2017 NATO-nun Avropadakı komandanı Rusiyanı “Taliban”ı təchiz etməkdə günahlandırıb
22 Mart 2017 Qazaxda bank müdiri şəhid ailəsini ölümlə təhdid edir
17 Mart 2017 İlham Əliyev 8 sərəncam, 3 fərman imzaladı
12 Mart 2017 Ərdoğandan sərt sözlər: “Bunun bədəlini ödəyəcəksən...” - VİDEO
06 Mart 2017 İrandan bayrağımıza qarşı növbəti qısqanclıq -FOTOLAR
03 Mart 2017 Azərbaycanlı məmurun həbs səbəbi bilindi
02 Mart 2017 Azərbaycanlı jurnalist Sarkisyana məktub yazdı
25 Fevral 2017 "İndi də xanımları ləkələyir və onlardan yaxınlarına qarşı istifadə etmək istəyirlər"
23 Fevral 2017 1-ci Vitse-prezidentin səlahiyyətləri hansılardır?
22 Fevral 2017 Azərbaycana bir trilyona yaxın ziyan dəyib - Fəttah Heydərov
17 Fevral 2017 Samsung şirkətinin rəhbəri həbs olundu - Səhmləri ucuzlaşdı
14 Fevral 2017 “Bu gün kimlərəsə maraqlıdır ki, ölkədə kürdlərlə türkləri qarşı-qarşıya qoysun” - Əkrəm Əylisli
14 Fevral 2017 Milli Məclis bələdiyyələrlə bağlı İllik Məruzəni qəbul etdi
12 Fevral 2017 Zərdabın icra başçısı “quşladı” - VİDEO
05 Fevral 2017 ABŞ-ın müdafiə naziri: 'İran dünyada terroru dəstəkləyən əsas dövlətdir'
05 Fevral 2017 Hüquq müdafiəçisi: “Silahdan, narkotikdan istifadə etmirəm”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.