Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_RUHAN.jpg
Ermənistanın paytaxtı İrəvanda İran və Ermənistan iş adamlarının iştirakı ilə  Ermənistan-İran biznes forumu keçirilib.

Sozcu.az-ın erməni mətbuatına istinadən verdiyi məlumat görə, mərasimdə çıxış edən İran İslam Cümhuriyyətinin prezidenti Həsən Ruhani  İran və Ermənistanın dostluq əlaqələrindən danışıb. Ruhani "İran və Ermənistan regionun iki dost xalqlarının qarşılıqlı maraqları üçün bütün imkanlardan istifadə etməldir” deyərək,  İran və Ermənistan iş adamlarının bir-birlərinin iqtisadi potensialı ilə tanış olmalarının çox əhəmiyyətli bir iş olduğunu bildirib. İran və Ermənistan İran və Qara dəniz, Fars körfəzi, eləcə də Şimal-Cənub dəhlizini birləşdirən dəmir yolu sahəsində əməkdaşlıq edə bilər, deyə o əlavə edib.

İran prezidenti bildirib ki, "İran erməniləri iki ölkəni birləşdirən möhkəm bir körpüdür. Buna görə də əlaqələrimizin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün bu böyük fürsətdən istifadə etmək lazımdır. İran   enerji, nəqiliyyat,mədəniyyət,elm-tədqiqat və müxtəlif sahələrdə Ermənistan ilə əlaqələrin daha da inkaf etdirilməsinə hazırdır.

İqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi kontekstində Ruhani iki ölkə arasında bank münasibətlərin sadələşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Ermənistan prezidenti Serj Sarkisyan İran Ermənistan dostluq əlaqələrinin 1992-ci ildən bu günə möhkəm təməl üzərində qurulduğunu deyərək, 25 ildən sonra da münasibətlərin inkaf etdiyindən şad olduğunu bildirib. Ermənistan prezidenti  İran İslam Respublikasının hər zaman Ermənistana göstərdiyi dostluq münasibətlərinə görə məmnun olduqlarını deyib. İran Ermənistan əlaqələrinin inkşaf etdirilməsində xüsusi rolu olan İranın dini rəhbəri Ayətullah Əli Hüseyn Xameneiyə erməni xalqı adından minnətdarlığını bildirən erməni prezident münasibətlərin daha da uğurlu davam etməsi üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib.  

İran və Ermənistan arasında müxtəlif sahələrdə münasibətlərin dərinləşməsinə yönəlmiş sənədlər imzalanaraq birgə bəyanat yayılıb.

Bölmənin digər xəbərləri

21 Fevral 2018 Generalın irimiqyaslı müharibə xəbərdarlığının – Səbəbi
17 Fevral 2018 KXCP-də seçkini baykot elədi-Mirmahmud Mirəlioğlu namizəd olmayacaq
12 Fevral 2018 An-148-də ölənlərdən biri deputatdır
10 Fevral 2018 Berlin mitinqinə görə siyasi mühacirin həyat yoldaşı polisə aparıldı
05 Fevral 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR
05 Fevral 2018 Növbədənkənar prezident seçkisi təyin edildi - Sərəncam
04 Fevral 2018 Kəbənin açarı niyə qiyamətə qədər Türklərdə qalacaq? - TARİXİ FAKTLAR
31 Yanvar 2018 Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – Təxribat
29 Yanvar 2018 Donald Trampdan yazılmış kitabda İlham Əliyev diktator adlandırılıb
26 Yanvar 2018 Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayət olunan ölkələrdəndir –HESABAT
19 Yanvar 2018 “Bu adam bir zaman deyirdi ki, cismani atam Əhəd, mənəvi atam Elçibəydir”
19 Yanvar 2018 “Silahlı Qüvvələri haqqında” yeni qanun qüvvəyə minib –Prezident imzaladı
17 Yanvar 2018 TÜRKİYƏ ÜÇÜN AFRİN TƏHLÜKƏSİ –Ankara terrorçuların Aralıq dənizinə çıxışını kəsə biləcəkmi? - TƏHLİL
13 Yanvar 2018 Gürücstanda türk (Azərbaycan) toponimlərinə qarşı savaş açılıb:soydaşlarımız isə “gəlmələr” elan olunub - Araşdırma
13 Yanvar 2018 Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
13 Yanvar 2018 ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad etməyə çağırırıq”
13 Yanvar 2018 Dünya Çempionu dərman almağa pul tapmır
10 Yanvar 2018 Oktay Gülalıyev "Qafqazın qəhrəmanı" adına layiq görüldü
10 Yanvar 2018 Azərbaycandakı məscid, kilsə və sinaqoqların sayı açıqlandı- Rəsmi
09 Yanvar 2018 Dövlət başçısı RO-RO terminalının açılışında - Foto
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.