Xəbər lenti

mubarizq.jpg
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş "Fitnə" sənədli filminin növbəti təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimat DQİDK və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, partiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, "Fitnə" sənədli filmində dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılıb. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu geniş şəkildə açıqlanıb.

Ş. Hacıyev deyib ki, film mütəmadi olaraq telekanallarda yayımlanmalıdır.

E. Əzizov qeyd edib ki, islam dini böyük inkişaf yolu keçib: "Lakin neqativ hallar da var. Biz gəncləri düzgün istiqamətləndirməliyik. Maarifləndirmə işi aparılmalıdır. Məktəblərdə dinlərin tarixi öyrədilsə, dini radikalizmə meyl yoxa çıxar. Ziyalılara müraciət edib deyirəm ki, bu işi başlı-başlına qoymaq olmaz".

Mübariz Qurbanlı bildirib ki, filmdə mütəxəssis rəylərinə yer verilib: "Mən istəyirəm ki, hamı bu filmi izləsin. Vətəndaşlar bu prosesi görməlidir. İslam dünyəvi dinlər içərisində insanlığı doğru yola yönəldən bir dindir. Vaxtilə Bağdad və Hələb şəhərləri Yaxın Şərqdə cənnət məkanlar idi. İndi isə bu şəhərlər dağıdılıb. Biz Qafqaz Müsəlmanları İdarəsi ilə birgə dini maarifləndirmə proqramları hazırlamışıq. Biz dini maarifləndirməni dayandırsaq insanlar qaragüruhçu olacaq. Biz radikal qrupların ölkəmizdə möhkəmlənməsinə imkan verməməliyik".  

Bölmənin digər xəbərləri

18 Yanvar 2017 Putinin etibarlı adamı Lavrovun Qarabağ açıqlaması haqda
18 Yanvar 2017 13 ildir icra olunmayan məhkəmə sənədləri – BİR ANANIN FƏRYADI...
16 Yanvar 2017 Dilqəm Əsgərovun atasının səhhəti ağırlaşıb - FOTO
15 Yanvar 2017 Şəhid atası prezidentə müraciət etdi: “Artıq məmurlara söz deməyə üzüm qalmayıb”
14 Yanvar 2017 ADR Hərəkatı yürüş keçirməklə bağlı qərar verdi
13 Yanvar 2017 'Həmməruzəçilər İlqar Məmmədovla bağlı ümidverici danışdılar'
12 Yanvar 2017 Qırğızıstan prezidenti də FETÖ-dan pul alır - Şok iddia
11 Yanvar 2017 Qubad İbadoğlu prezidentin çıxışına münasibət bildirdi
10 Yanvar 2017 Ramil Səfərov Adil Əliyevdən yazdı...
09 Yanvar 2017 Ermənilər Qarabağda yeni qızıl yatağı axtarırlar
06 Yanvar 2017 Ərdoğandan Naxçıvan açıqlaması -VİDEO
03 Yanvar 2017 "2 rayon əvəzinə sərhədləri açmağı 1993-cü ildə Süleyman Dəmirəl, sonra isə Çillər təklif etmişdi"
30 Dekabr 2016 Əhəd Abıyevin ifadəsi açıqlandı - “MTN işi”
29 Dekabr 2016 Deputat tanınmış vəkili debata çağırdı: “cəsarətin varsa, üz-üzə görüşək”
29 Dekabr 2016 İcbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin siyahısı və tarifləri açıqlanıb - SİYAHI
28 Dekabr 2016 Ankara və Moskva razılığa gəldi – Şərtlər
28 Dekabr 2016 Ərdoğan ABŞ-ı terrorizmə dəstək verməkdə ittiham etdi-"Röyter"bunu gizlədi
27 Dekabr 2016 Gələn il dövlət büdcəsi kəsirinin yuxarı həddi açıqlanıb
26 Dekabr 2016 Taleh Bağırova ömürlük həbs cəzası istənildi
25 Dekabr 2016 “Nə Hələbi satdıq, nə də 600 min məzlumu qətlə yetirmiş Bəşər Əsədi tanıyırıq” – Cavuşoğludan sərt açıqlama
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.