Xəbər lenti

nazirlerkobn.jpeg

Müxalif partiya sədrindən “İslahat olarsa, dəstək verəcəyik” bəyanatı

Prezident İlham Əliyevin yanvarda keçirəcəyi müşavirədə Nazirlər Kabinetini buraxacağı ehtimalı barədə məlumat vermişdik. Xəbərdə deyilirdi ki, yeni formalaşdırılacaq Nazirlər Kabinetində köhnələrin əksəriyyəti, hətta bir neçə “açar” nazirlər yer almaya bilər.

Bildirilir ki, prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var. Xəbərlərdə qeyd edilir ki, Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərinin ləğv ediləcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.

Bu barədə deyilənlərə cəmiyyətdən reaksiyalar gəlməkdədir. 

Deputat Vahid Əhmədov bildirib ki, 12 sahədə strateji “yol xəritələri” ilə bağlı struktur islahatlar gözlənilir. Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı da bu məsələ ilə bağlı çıxışlar olub. Nazirlər Kabinetinin buraxılması məsələsi birbaşa ölkə başçısının sərəncamında olan məsələdir: “Prezidentin qərarından asılı olaraq Nazirlər Kabineti buraxıla da bilər, saxlanıla da bilər”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, prezident xeyli vaxt idi mövcud komanda ilə vəziyyəti düzəltməyə cəhdlər edirdi. Lakin artıq belə görünür ki, bu Nazirlər Kabineti ilə vəziyyəti düzəltmək, istənilən nəticəni almaq mümkün deyil. Ona görə də ola bilsin ki, hökuməti yeniləmək məsələsi gündəmə gələ bilər: “Əgər dövlət başçısı radikal reformalara başlayacaqsa, buna yalnız sevinmək olar. Yeri gələrsə, dəstək də vermək lazımdır. Çünki islahatlar olmasa Azərbaycan ciddi sosial kataklizmlərlə üz-üzə qala bilər. Belə vəziyyət isə bütövlükdə dövlətin zərərinə ola bilər. Ona görə də çalışmaq lazımdır ki, ölkənin xaosa yuvarlanmasının qarşısı alınsın. Yanlış, arzu olunmayan istiqamətdən qurtulmanın yeganə yolu ballasta çevrilmiş Nazirlər Kabinetindən xilas olmaqdır. Eyni zamanda cəmiyyətin siyasi konsolidasiyası yolunda da addım atılmalıdır. Hesab edirəm ki, hakimiyyət, onun lideri İlham Əliyev situasiyaya adekvat addımlara gedəcəksə, cəmiyyətdən, xüsusilə siyasi kəsimin məsuliyyətli hissəsindən ona köməklik göstəriləcək, dəstək gələcək. Bu, yeni ildə Azərbaycan xalqı üçün ən böyük hədiyyə və müjdə ola bilər”.(musavat.com)

Bölmənin digər xəbərləri

28 Mart 2017 Baş qərargahdan iki general istefaya göndərildi: Eyvaz Cəfərov, Elbrus Orucov, daha kimlər...
27 Mart 2017 Penitensiar Xidmət İlqar Məmmədovun istəyinə münasibət bildirdi
24 Mart 2017 Dilqəm Əsgərovun oğlu mətbuata səsləndi:"Başınız girməyən yerə..."
24 Mart 2017 Hüsnü Mübarək hərbi hospitaldan çıxaraq 6 illik həbsdən sonra evinə qayıdıb
24 Mart 2017 NATO-nun Avropadakı komandanı Rusiyanı “Taliban”ı təchiz etməkdə günahlandırıb
22 Mart 2017 Qazaxda bank müdiri şəhid ailəsini ölümlə təhdid edir
17 Mart 2017 İlham Əliyev 8 sərəncam, 3 fərman imzaladı
12 Mart 2017 Ərdoğandan sərt sözlər: “Bunun bədəlini ödəyəcəksən...” - VİDEO
06 Mart 2017 İrandan bayrağımıza qarşı növbəti qısqanclıq -FOTOLAR
03 Mart 2017 Azərbaycanlı məmurun həbs səbəbi bilindi
02 Mart 2017 Azərbaycanlı jurnalist Sarkisyana məktub yazdı
25 Fevral 2017 "İndi də xanımları ləkələyir və onlardan yaxınlarına qarşı istifadə etmək istəyirlər"
23 Fevral 2017 1-ci Vitse-prezidentin səlahiyyətləri hansılardır?
22 Fevral 2017 Azərbaycana bir trilyona yaxın ziyan dəyib - Fəttah Heydərov
17 Fevral 2017 Samsung şirkətinin rəhbəri həbs olundu - Səhmləri ucuzlaşdı
14 Fevral 2017 “Bu gün kimlərəsə maraqlıdır ki, ölkədə kürdlərlə türkləri qarşı-qarşıya qoysun” - Əkrəm Əylisli
14 Fevral 2017 Milli Məclis bələdiyyələrlə bağlı İllik Məruzəni qəbul etdi
12 Fevral 2017 Zərdabın icra başçısı “quşladı” - VİDEO
05 Fevral 2017 ABŞ-ın müdafiə naziri: 'İran dünyada terroru dəstəkləyən əsas dövlətdir'
05 Fevral 2017 Hüquq müdafiəçisi: “Silahdan, narkotikdan istifadə etmirəm”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.