Xəbər lenti

russecki.jpg
Rusiyanın Mərkəzi Seçki Komissiyası yanvarın 7-də prezidentliyə müstəqil iddiaçılardan sənədlərin qəbulunu başa çatdırıb.

 Novator.az-ın məlumatına görə, 2017-ci il dekabrın 27-dən başlayaraq 15 iddiaçı sənədlərini MSK-ya təqdim edib.

Prezident seçkisi martın 18-də keçiriləcək. Müstəqil iddiaçıların sənədləri Mərkəzi Seçki Komissiyasına yanvarın 7-dən gec olmayaraq, partiyalı iddiaçıların sənədləri yanvarın 12-dən gec olmayaraq təqdim edilməlidir. Qeydiyyat üçün müstəqil namizəd 300 min imza, partiyalı namizəd 100 min imza toplamalıdır. Parlament partiyasının namizədi imza yığmaqdan azaddır. Liberal Demokrat Partiyası parlamentdə təmsil olunduğu üçün onun namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski imzasız qeydə alınıb. O, hələlik yeganə rəsmi namizəddir.

Marafona qatılan namizədlərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək müddəti yanvarın 31-dək çəkir. Mərkəzi Seçki Komissiyası qeydiyyat məsələlərini fevralın 10-dək bitirməlidir.

Seçki təşviqatı 2018-ci il fevralın 17-dən martın 16-dək davam edir. Rusiyada prezident 6 il müddətinə seçilir.

Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb. 65 yaşlı Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.
Sozcu.az

Bölmənin digər xəbərləri

19 Yanvar 2018 Ermənistanın yeni prezidentinin adı bilindi – Rəsmi
19 Yanvar 2018 Avropa Fələstini dövlət kimi tanımaqdan imtina etdi
18 Yanvar 2018 Moldova MDB-dən çıxır
17 Yanvar 2018 Gürcüstanın hakim partiyası prezidentliyə 2 nəfərin namizədliyini nəzərdən keçirir
13 Yanvar 2018 “Turqut Özal” muzeyində soyğun -Özalın durbini, İnönünün saatı oğurlandı
11 Yanvar 2018 Karlovun qətlini təşkil edən şəxs saxlanıldı
10 Yanvar 2018 Əsəd qüvvələri və iranlılar Suriyada Rusiyanın burnunun üstündən vurublar –Təhlil
09 Yanvar 2018 Şərqin yeni ordusu quruldu
07 Yanvar 2018 İstanbulda partlayış baş verdi
05 Yanvar 2018 Türkiyə, Fransa və İtaliya hərbi müqavilə imzaladılar
04 Yanvar 2018 Ermənistanda yanacaq bahalaşdı
28 Dekabr 2017 Rəsmi Moskvadan Ərdoğanın “Əsəd terrorçudur” açıqlamasına reaksiya:"Belə bəyanatların heç bir əsası yoxdur"
23 Dekabr 2017 Avropadan xəbərdarlıq: Gürcü oğrular...
23 Dekabr 2017 İsrail aviasiyası Suriya ordusunun mövqelərinə hava zərbələri endirib
23 Dekabr 2017 ABŞ Ukraynaya müdafiə silahları verməyi qərara alıb
16 Dekabr 2017 III Dünya savaşı 5 bölgədən başlayacaq: Türkiyə…
15 Dekabr 2017 Rusiya Avropanı internetsiz qoya bilər... - Marşal
13 Dekabr 2017 Rusiya Yəməndən diplomatik heyətini çıxarır
10 Dekabr 2017 Bəhreyndən İsrailə sülh və qardaşlıq mesajı - Şok iddia
09 Dekabr 2017 İsrail və Fələstin sərhədində qarşıdurma başlayıb- Qüdsə görə
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.